понедельник, 4 июля 2016 г.

Şəvval ayının birinci gecəsinin əməlləri

Birinci gecə: Şərafətli gecələrdən biridir. Həmin gecənin fəziləti, bu gecədə ibadət etməyin savabı, əhya saxlamaq haqqında çoxlu hədislər varid olmuşdur. Həmçinin bir rəvayətdə gəlmişdir ki, bu gecə heç də Qədr gecəsindən geri qalmır. Bu gecə üçün bir neçə müstəhəb əməl vardır.
1. Günəş batdıqda qüsl almaq (Niyyəti: “Allahın əmrini yerinə yetirmək üçün Şəvval ayının birinci gecəsinin qüslunu alıram)
2. Gecəni oyaq qalmaq. Namaz qılmaq, itiğfar diləmək (Əstəğfirullahə və ətũbu iləyh – demək), Allahdan diləmək, məsciddə əhya saxlamaq.
3. Məğrib və İşa, həmçinin Sübh və bayram namazından sonra demək:
 “Allãhu əkbər, Allãhu əkbər, lə̃ ilə̃hə illəllãhu vallãhu əkbər, Allãhu əkbər, Allãhu əkbər, və lillə̃hil-həmd, əl-həmdu lillãhi alə̃ mə̃ hədə̃nə̃ və ləhuş-şukru alə̃ mə̃ əulə̃nə̃”.
Tərcüməsi: Allah ən böyükdür, Allah ən böyükdür, Allahdan başqa heç bir tanrı yoxdur və Allah ən böyükdür. Allah ən böyükdür, Allah ən böyükdür və həmd Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə həmd Allaha məxsusdur, bizə etibar göstərdiyinə (yaxud dəyər veriyinə) görə şükür Ona məxsusdur”.

Dördüncüsü: Məğrib namazı və onun nafiləsi qılındıqdan sonra əlləri səmaya tərəf qaldır və de:
 “Yə̃ zəl-mənni vat-tauli, yə̃ zəl-cũdi, yə̃ mustafiyə Muhəmmədin və nə̃sırahu salli alə̃ Muhəmmədin və Ãli Muhəmmədin vəğfir l kulli zənbin əhsaytəhu və huvə indəkə f kitə̃bin mubn”.
Tərcüməsi: “Ey nemət (və kərəm) sahibi, ey kərəm (və bəxşiş) sahibi, ey səxavət sahibi, ey Məhəmmədi seçən, ey ona yardımçı olan, Məhəmməd və onun ailəsinə salavat göndər və məndən hesab etdiyin və Sənin dərgahındakı aşkar kitabında olan hər bir günahımı bağışla”.
Sonra səcdəyə get və səcdədə yüz dəfə de: “Ətũbu iləllãh” (Allaha sarı qayıdıram, tövbə edirəm). Sonra isə hər nə hacətin varsa Allahdan dilə. İnşallah, istəklərini qəbul edər.
Şeyxin rəvayətində gəlmişdir ki, məğrib namazından sonra səcdəyə gedib belə de: “Yə̃ zəl-hauli, yə̃ zət-tauli, yə̃ mustafiyən Muhəmmədən və nə̃sırahu salli alə̃ Muhəmmədin və Ãli Muhəmmədin vəğfir l kullə zənbin əznəbtuhu və nəsituhu ənə və huvə indəkə f Kitə̃bin mubn”.
Tərcüməsi: Ey qüdrət sahibi, ey bəxşiş sahibi, ey Məhəmmədi seçən və ona yardımçı olan, Məhəmməd və onun ailəsinə salavat göndər. Mənim sənin yanındakı aşkar kitabda olan törətdiyim və unutduğum hər bir günahımı bağışla!”
Sonra yüz dəfə de: “Ətũbu iləllãh”.
Beşinci: İmam Hüseyni ziyarət etməyin böyük savabı vardır. (Kimin buna gücü çatmırsa həzrət üçün hədiyyə namazı qılsın, yaxud ziyarətnaməsini oxusun, ona salavat göndərsin). Bu gecəyə məxsus ziyarəti vardır ki, ziyarətlər babında qeyd olunmuşdur.
Altıncı: On dəfə “Yə̃ də̃`iməl-fadl” (Ey fəziləti, üstünlüyü daimi olan) zikrini demək.
Yeddinci: Ramazanın axır gecəsindəki on rəkətli namazı qılmaq.
Hazırladı: Fərid Abdullah

Mənbə: “Məfatihul-Cinan”.

Комментариев нет:

Отправить комментарий