понедельник, 4 июля 2016 г.

Fitrə zəkatına dair məsələlər (4)

Əgər bir adamın fitrəsi başqa birisinin boynundadırsa, belə bir adamın öz adından fitrə verməsi vacib deyil. Əgər birdən onun fitrəsini verməsə, yaxud verə bilməsə, vacib ehtiyata əsasən fitrə onun özünə vacib olur. İndi əgər bir adamın fitrəsi başqasına vacibdirsə, yəni misal çəkək, əgər bir universitet tələbəsinin fitrəsi onun atasının boynundadırsa və əgər bu tələbə özü öz fitrəsini versə, bu əməl atasının boynundan oğlunun fitrəsini verməyi götürmür.
Əgər bir adam seyid deyilsə, seyid adama fitrə zəkatını verə bilməz. Hətta əgər bir seyid onun çörək yeyəni sayılsa belə, onun fitrəsini başqa bir seyidə verə bilməz. Bu məsələnin həllini o biri yazıda qeyd edəcəyik.
İnsan öz ailəsinin xərclərini haram maldan istifadə etməməlidir. Fitrə zəkatını da haram maldan vermək olmaz. Əgər bir adam haramdan versə, məqbul sayılmayacaq, gərək halal maldan versin. Məsələn, bir nəfər spirtli içkilərin alqı-satqısından əldə olunan gəlirdən fitrə zəkatı verə bilməz.

Əgər bir adam, məsələn imkanlıdırsa və bu adamın xidmətçisi, fəhləsi və sair işçisi varsa, onun çörəyini yeyən hesab olunacaq şəkildə xərclərini verirsə, gərək onların fitrəsini də versin. Yox əgər təkcə işin zəhməthaqqısını verirsə, həmin işçinin, fitrəsini vermək ona vacib deyil.
F.A.


Комментариев нет:

Отправить комментарий