понедельник, 4 июля 2016 г.

Fitrə zəkatına dair məsələlər (3)

Fitrə fitr bayramının axşamı günəş batdığı vaxt çıxarılmalıdır. Fitrə zəkatı müəyyən şərtlər əsasında həddi-büluğa çatmış, ağlı başında olan, bihuş, yoxsul və kiminsə qulu olmayan, həmçinin özü və çörək yeyəni sayılan şəxslərin hər biri üçün vacibdir. Bir adam üçün nəzərdə tutulan fitrənin miqdarı 3 “sa`”dır. Təqribən 3 kiloqram edir. Fitrə çıxaran şəxs öz şəhərində buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və sair bunun kimi normal hesab edilən yeməklərin hər hansı birinə imkanı çatırsa, fitrəsini çıxartdığı adam üçün 3 kq. miqdarda ayırmalı və onu fitrəyə möhtac birinə verməlidir. Yəni bir adamın ailəsində özündən əlavə onun çörəyini yeyən 3 nəfər varsa, ev sahibinin gücü düyü və ya xurmaya çatırsa, 4 nəfərin hər biri üçün 3 kq çəkidə fitrə çıxaracaq. Yəni bu edəcək, təxminən bütün ailə üçün 12 kq düyü, yaxud xurma. 12 kq düyünü yoxsul, ehtiyaclı adama da verə bilər. Bunun əvəzinə pulunu da verə bilər. Əgər onun şəhərində buğda, arpa, xurma, yaxud kişmiş normal yemək hesab olunmasa, lazım ehtiyata əsasən bu ərzaqı verməsin. İndiki zamanda çəki miqdarının pulunu vermək daha uyğundur. İndi bunların hər biri nə qədər pul edirsə, fərd özü bazar qiymətilə uyğunlaşdıra bilər.

Əgər bir adam nə özünün, nə də ailəsinin illik xərclərini qarşılaya bilmirsə və bu ehtiyacı qarşılayacaq gəliri yoxdursa, həmin adamın özü fəqir hesab olunur və belə adamın fitrə zəkatı verməsi vacib deyil. Onun özü fitrə zəkatı ala bilər.
Fitr bayramının gecəsi gün batan zaman insan – onun çörəyini yeyən hər kəsin fitrəsini verməlidir. İstər bu çörək yeyən kiçik olsun, ya böyük olsun, istər müsəlman olsun, istər qeyri-müsəlman olsun, istər həmin adamın xərcini ödəmək onun boynunda olsun, ya olmasın, istər onun çörəyini yeyən adam öz şəhərində olsun, istərsə də ayrı şəhərdə olsun, fərq etmir.
Əgər bu adamın çörəyini yeyən şəxs başqa şəhərdədirsə və həmin adamı öz malından fitrə verməsi üçün vəkil təyin etsə, həm də onun bu fitrəni verəcəyinə arxayın olsa, fitrəsini verməyə gərək yoxdur.
Əgər Fitr gecəsi, gün batmamışdan öncə müvəqqəti olsa belə, məsələn bir adam gəlib ev sahibinin çörəyini yemiş sayılsa, onun fitrəsi ev sahibinə vacibdir.
Seyid Sistani qeyd edir ki, Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunarsa, ehtiyata əsasən vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı qonaq ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.
Vəhid Xorasani isə qeyd edir ki, bayram axşamı günəş batandan sonra gələn qonağın fitrəsi ev yiyəsinə vacib deyildir, hətta günəş batmazdan öncə dəvət etmiş olsa belə.

Əgər öhdəsinə fitrə düşməyən bir adam bayram gününün zöhrünə qədər fitrə vermək şərtlərinə malik olsa, vacib ehtiyata əsasən fitrə zəkatı verməlidir.
Təkcə bir “sa`” (yəni təqribən 3 kq) buğda və bu kimi şeylərə imkanı çatan şəxsin fitrə zəkatı verməsi müstəhəbdir. Əgər onun ailəsi varsa və onların da fitrə zəkatını vermək istəsə, həmin miqdarı fitrə niyyəti ilə ailə üzvlərinin hər birinə versin, yəni hər bir fərd bu niyyətlə, bu qayda ilə həmin miqdarı bir-birinə ötürsünlər. Axırıncı şəxs isə aldığı şeyi özlərindən olmayan başqa bir imkansıza versin, bu, daha yaxşıdır.
F.A.


Комментариев нет:

Отправить комментарий