Bu surənin 38-ci ayəsində
buyurulur: "(Allahın qüdrət, hikmət və rəhmətinin güclü olma dəlillərindən
biri də budur ki, O, hər bir şeyi yaratmışdır) Yer üzərində elə bir canlı və
iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin timsalınızda olan ümmətlər (şəklində)
olmasın. Biz (bu kainatın) Kitab(ın)da heç nəyi gözdən qaçırmamışıq. (Elə isə,
sən bu təkzib edənlərə de ki, əllərindən hər nə gəlir etsinlər. Çünki) sonra
Rəblərinə sarı həşr olunacaqlar (yəni Onun hüzuruna bu şəxsləri yığacaqlar və
beləcə, onların hesab-kitabı aparılacaqdır)".
Qısa
izah: Ayədəki "dabbə" - canlı, diri; "tair" - quş, uçan,
"yətıru bicənaheyhi" - iki qanadı ilə uçur, deməkdir. Sonuncusu təkid
üçün bir qeyddir. Eynilə bizim "iki qulağımla eşitdim", "iki
gözümlə gördüm" deməyimiz kimidir. "Uməm" millətlər, ümmətlər,
toplular deməkdir. O dəstələrdir ki, xüsusiyyət, vəsf və seçkin xarakterlərə
malikdirlər. "Ma fərratna" - nöqsan işlətməmişik, qəflətə düşməmişik,
nəzərdən qaçırmamışıq deməkdir. "Əl-Kitab" - Ya Qurandır ki, ehtiyac
duyulan bütün şeylər - ya ümumi, ya xüsusi, ya yığcam, ya da geniş surətdə
orada qeyd olunmuşdur. Ya da Lövhi-Məhfuzdur ki, onun nə olduğu bizim üçün tam
şəkildə aydın deyil.
Buna dair siz "Ənam" surəsi, 59;
"Yasin" surəsi, 12; "Buruc" surəsi, 22-ci ayələrə müraciət
edə bilərsiniz. Belə deyək ki, varlıq aləmi Allahı görmək, yəni Onun
yaratdıqlarını görməklə onun atributları haqda məlumatlı olmağımız, Quran isə
Allah tərəfindən həqiqi vəhy vasitəsilə Onun sözlərini, göstəriş və
xəbərdarlıqlarını oxumağımız üçün mükəmməl bir kitabdır. Belə ki, camaatın
tərbiyə və hidayəti üçün ehtiyac duyduqları islami hökmlər və əxlaqi
məsələlərlə əlaqədar bütün mövzular, orada yığcam, yaxud geniş şəkildə
mövcuddur. Allah daha yaxşı bilər.
"Nur" təfsirindən istifadə olunub.
F.A.
Комментариев нет:
Отправить комментарий