четверг, 7 июля 2016 г.

Quran surələrilə qısa tanışlıq (1) "Fatihə" surəsi

Qurani-Kərim bu surə ilə başladığına görə bu surə Quranın başlanğıcı, bir növ onu açandır. Elə buna görə də "Fatihə" adlandırılmışdır. "Fatihə" açan deməkdir. Bu surədə Allaha həmd-sənadan söz açıldığına görə bu surəyə "Həmd" surəsi də deyirlər. Habelə bu surə "Şükr", "Vafiyə" (dolğun, ətraflı), "Nur" kimi adlarla da xatırladılmışdır. "Fatihə" surəsinin digər adları "Səb`ul məsani" (iki dəfə təkrarlanan, yaxud iki dəfə nazil olan yeddilik) və "Ümmül-Kitab"dır (Kitabın anası). Bundan əlavə də adları vardır.
İmam Sadiqdən belə bir məzmunda rəvayət nəql olunmuşdur ki, bu bir surədir ki, əvvəli sitayiş, ortası ixlas, axırı isə duadır. ("Burhan" təfsiri, c.1, s.42)
Bu surə 7 ayədən ibarətdir. Tam şəkildə nazil olmuşdur. Bu surənin harada nazil olması (məşhur nəzər birinci dəfə Məkkədə nazil olmasıdır. Həm də iki dəfə nazil olduğu fikrinə görə - Quranın "Hicr" surəsində buna toxunulub - nazil olma yerlərində müxtəlif fikirlər vardır), neçənci Məkki surəsi olması barədə geniş elmi bəhslər vardır ki, onların hər birini araşdırsaq, uzun bir yazı olacaqdır. Odur ki, qısa şəkildə üstündən keçirik.
F.A.


Комментариев нет:

Отправить комментарий