Bu surəsin 17 ayəsində, 73-cü ayə qədər, ölüm hadisəsinə görə
inək kəsmək barədə Allahın Bəni İsrailə verdiyi göstərişdən söz açılır. Surənin
adı bu məsələ ilə əlaqədardır.
Bu surədə, həmçinin möminlər, müşriklər, münafiqlər, Adəmin
yaradılması, Kitab əhlinin bidətləri, Musa və Bəni İsrailin macəraları, Kəbə
evinin İbrahim peyğəmbər tərəfindən tikilməsi, Allahın nemətləri, qisas və
vəsiyyət məsələləri, müşriklərlə vuruşmaq, nikah, təlaq, riba (sələm) kimi
məsələlər, İbrahim peyğəmbərin tövhid əsasında müşriklərlə mübahisəsi, qiblənin
dəyişdirilməsi, həcc, irs (miras və vərəsəlik), orucluq və sair məsələlər
haqqında qeyd olunmuşdur. Məşhur "Ayətəl-Kürsi" də bu surənin 255-ci
ayəsindədir.
Bu surə 286 ayədən ibarətdir. Onun əksər ayələri
Mədinədə hicrətdən sonra nazil olmuşdur.
F.A,
Комментариев нет:
Отправить комментарий