Əgər oruc tutan bir nəfər qüsul almaq niyyətilə başını tamamilə suya salarsa:
a) Oruc olduğunu unudarsa və qüsul niyyətilə başını suya salarsa, onun orucu və qüslu düzgündür.
b) Oruc olduğunu bilərsə və qəsdən qüsul almaq üçün başını suya batırarsa, belə ki, orucu ramazan ayının vacib orucu kimi müəyyən olarsa, vacib ehtiyata əsasən ikinci dəfə qüsul almalı və orucunu da qəza etməlidir. Ancaq müstəhəb, yaxud müəyyən vaxtı olmayan kəffarə kimi vacib oruc olsa, qüsulu düzgün,orucu isə batil olur.
Əgər bir dəfə başının bir tərəfini, o biri dəfə digər tərəfini suya salsa, orucu batil olmur.
7. Cənabətli halda sübh azanına qədər qalmaq
Cünub kəs (yəni boynunda qüsul olan) sübh azanına qədər qüsul almazsa:
a) Əgər qəsdən sübh azanına qədər qüsul almasa, ya da vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə təyəmmüm etməzsə, orucu batildir.
b) Əgər vaxtı müəyyən olan ramazan ayının orucu kimi vacib orucda sübh azanına qədər qüsul almasa və təyəmmüm də etməsə, ancaq bütün bunlar qəsdən olmasa, məsələn biri onu qüsul, ya təyəmmüm almağa qoymasa, orucu düzgündür.
Əgər cünub kəs ramazan ayında qüsul almağı unudarsa:
a) Əgər bir gün sonra yadına düşərsə, həmin günün orucunu qəza etməlidir.
b) Əgər bir neçə gün sonra yadına düşərsə, cünub olduğuna dair yəqin etdiyi neçə gün varsa, qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cünub olduğunu bilməsə, üç günün qəzasını tutmalıdır.
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий