“İxlas” surəsi Qurani-Kərimin 112-ci surəsidir. Məkkədə
nazil olmuşdur. 4 ayə, 15 kəlmə və 47 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-Rahmə̃nir-Rahἶm
Rəhman, Rəhim Allahın adı
ilə.
قُلْ
هُوَ اللَّهُ أَحَدٌ
Qul huvəllãhu əhəd (1)
De: O Allah təkdir.
اللَّهُ
الصَّمَدُ
Allãhus-saməd (2)
Allah ehtiyacsızdır
(Qeyd: Saməd – Davamlı bir
dayaqdır ki, işlərdə ona tərəf üz tutulur. Yəni nəzərdə tutular. Ərəblər
arasında əs-Saməd qövmün şərafətlisi, yaxud itaət edilən ağa, ya da yanına
gedilən bir ağadır ki, ondan başqası bir məsələdə qəzavət etməz)
لَمْ يَلِدْ
وَلَمْ يُولَدْ
Ləm yəlid və ləm yũləd (3)
Doğmayıb və doğulmayıbdır.
وَلَمْ
يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ
Və ləm yəkun ləhu kufuvən
əhəd (4)
Və Onun heç bir
tayı-bərabəri yoxdur.
Asanlaşrılmış təfsir:
Ya Peyğəmbər səndən Allah
haqqında soruşana de: O Allah ilahilikdə, rəblikdə, adlarda və xüsusiyyətlərdə
(atributlarda) təkdir və onun heç bir şəriki yoxdur.
Tək olan Allah bütün
ehtiyac və istəklərin reallaşdırılmasında nəzərdə tutulandır.
Onun övladı, valideyni və
yoldaşı yoxdur.
Yaratdıqları arasında – nə
adlarında, nə xüsusiyyətlərində, nə də feillərində Onun bir bənzəri və oxşarı
yoxdur.
Qeyd: Surənin oxunuşunda,
yəni transkripsiyasında üzərində xətt çəkilmiş hərflər uzadılır.
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий