Sual: "Nisa" surəsinin 101-ci ayəsində ("Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.") müsafir olarkən namazı qəsr (Fiqhi nəzərə görə, səfərdə olarkən namaz qəsr (qısaldılmış) qılınır. Yəni 4 rəkətli namazlar iki rəkət qılınır) qılmağa icazə verilmir (yəni hökmən vacib bilinmir). Necə və hansı bir ayəyə əsasən səfərdə olarkən qəsr namazının vacib olması çıxarılır?
Cavab: Şərif ayə müsafirin namazını qısaltmasını qadağa edən açıqlama məqamında deyil, bəlkə onu qanuniləşdirir və şəriət hökmləri sırasına aid edir. Düzdür ki, "namazı qısaltmaq sizə günah hesab edilməz" işlədilir və bu ləfz icazə səbəbilə istifadə olunur, ancaq bu ləfzin vacib kimi işlədilməsinin heç bir problemi yoxdur. Belə ki, Qurani-kərimdə buyurulur: "(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur.Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir." ("Bəqərə", 158)
Bir halda ki, bu yerdə səyin vacib olmasını bilirik və burada məsələ caiz (icazəli) anlamında deyil və bu o demək deyil ki, onu tərk edə bilərik. "Bəqərə" 184-cü ayədə buyurulur: "Əgər oruc tutsanız sizin üçün xeyirlidir", halbuki oruc tutmağın vacib olduğunu da bilirik. Təşri (qanunvericilik) məqamı olduğu üçün, təkcə hökmün olması məlum olarsa bu yetərlidir. artıq hökmün bütün cəhətləri və xüsusiyyətlərinin açıqlanmasına ehtiyac yoxdur.
Bəzi yerlər vardır ki, biz, Quranın zahiri üzərində araşdırma apararaq orada nəzərdə tutulan anlamı qavraya bilmirik. Buna görə də, Peyğəmbər və Səqəleyn hədisinə əsasən Əhli-Beyt imamlarının hədislərində də müraciət etməliyik ki, nəzərdə tutulan anlamı mənimsəyə bilək. Əhli-beytdən bizə varid olan rəvayətlərə əsasən səfərdə olarkən, xüsusi şəraitlərdə insan namazını qəsr qılmalıdır.
(Bu şərif ayə barədə daha müfəssəl olaraq "Nümunə təfsiri"nə (c.14, səh.94dən sonra) müraciət edə bilərsiz.)
Fərid Abdullah
Hövzə saytının materialından istifadə olunub.
Комментариев нет:
Отправить комментарий