Sual: Bəzi insanlar Quranın bəzi ayələrinə əsaslanaraq
təkamül nəzəriyyəsinin doğruluğuna dair dəlil gətirilər. Həmin ayələrdən biri
budur: “Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
Axı O sizi
mərhələlərlə yaratdı. Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə
yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir.
Allah sizi
torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən
çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi.
(Belə etdi) ki,
orada geniş yollarla hərəkət edəsiniz”. (“Nuh” surəsi, 13–20 ayələr)
Cavab: Quranın ayələrinin zahiri transformizm
nəzəriyyəsinə və növlərin təkamülü ilə ziddiyət təşkil edir. “Mərhələlər”
ləfzinin işlədilməsi heç də bu nəzəriyyə ilə uyğun gəlməsinə dəlalət etmir. “Mərhələlər”
(ətvar) ifadəsi həzrət Adəmin torpaqdan yaradılması, insanın nütfədən –
və beləcə körpə halına düşənədək, daha sonra uşaqlıq, cavanlıq, qocalıq və s.
müxtəlif vəziyyətləri özündə ehtiva edən mərhələləri nəzərdə tutur. Allahın
ayədə “Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir” – deyə
buyurması bu mənadadır ki, nəticə olaraq yerdə olan ünsürlər xüsusi şəkildə və
xüsusi tərkibdə qidaların tərkib hissəsinə çevrilmiş və nəticədə nütfə halını
almışdır. Siz də ondan hasil olmusunuz. Əsasən bu ayə Adəmin övladlarını
nəzərdə tutmuşdur, onun özünü deyil. Çünki ayədə işlədilən “کم” (siz) əvəzliyi xitab edilənlərə
yönəlik bir müraciətdir ki, Adəm və Həvva burada istisna mövqeyindədirlər. (Quranda
Adəmin xilqəti ilə bağlı mətləblərin geniş açıqlamasını Əllamə Təbətəbainin “əl-Mizan”
təfsiri, 1-ci cild, “Nisa” surəsinin 1-ci ayəsinin altında oxuya bilərsiniz)
Darvin nəzəriyyəsi elmi
bir fərziyyədir ki, hələlik sübuta yetirilməmişdir. Bəzən biologiya elmlərində
bunun əleyhinə olan güclü dəlillər də təqdim edilir və bu sahənin bir çox
alimləri bu nəzəriyyəni qəbul etməmişlər. Belə bir fərziyyəni Quranın möhkəm
ayələrinə əsaslanaraq üz-üzə qoymaq və ya onu ayələrdən irəliyə keçirmək düzgün
deyil.
Mümkündür ki, alimlərin
bəziləri növlərin təkamülü nəzəriyyəsinin doğru olması fərziyyəsi üçün Quranın
başqa bir zahiri ayələrinə istinad etsinlər. Sözsüz ki, bu nəzərin müxtəlif
baxış bucaqları vardır. Məsələn, bəziləri deyir ki, Quranda Adəm və Həvvanın
yaradılışı məsələsi bir simvolik məsələdir. Başqa bir dəstə deyir ki, Darvinin
nəzəriyyəsinin doğruluq fərziyəsinə görə Adəm və Həvvanın yaradılışı
istisnadır. Bəziləri isə deyir ki, aşkar ayələri bu nəzəriyyə üçün tətbiq etmək
olar.
Комментариев нет:
Отправить комментарий