пятница, 10 июня 2016 г.

“Kafirun” surəsi, oxunuşu və qısa izahı

Bu surə Quranın 109-cu surəsidir. Məkkədə nazil olmuşdur. Altı ayə, 27 kəlmə və 95 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nir-rahἶm
Rəhman, Rəhim Allahın adı ilə
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ
Qul yə̃ əyyuhəl-kə̃firũn (1)
De: “Ey kafirlər!”

İzah: Lüğətdə küfr bir şeyi örtməkdir. Gecə də kafir adı ilə vəsf olunmuşdur. Çünki şəxsləri örtür. Əkinçiyə də kafir deyilmişdir. Çünki toxumu yerin altında gizlədir. Buradan belə nəticə əldə etmək olar ki, kafir bilərəkdən həqiqəti danan, onu ört-bastır etməyə çalışan kəsdir.

لَا أَعْبُدُ مَا تَعْبُدُونَ
Lə̃ ə`budu mə̃ tə`budũn (2)
Mən sizin ibadət etdiyinizə ibadət etmərəm;

وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
Va lə̃ əntum ãbidũnə mə̃ ə`bud (3)
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz;

وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ
Va lə̃ ənə ãbidun mə̃ əbədtum (4)
Mən sizin ibadət etdiyinizə ibadət edən deyiləm;

وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
Va lə̃ əntum ãbidũnə mə̃ ə`bud (5)
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ
Ləkum dἶnukum vəliyə dἶn (6)
Sizin öz dininiz vardır, mənim isə öz dinim”.

Qısa izah:
Ey Peyğəmbər, Allah və Onun Rəsuluna kafir olan kəslərə de: “Ey Allaha kafir olanlar! Mən sizin saxta tanrılarınıza və bütlərinizə ibadət etmərəm. Siz də mənim ibadət etdiyim tək Allaha, aləmlərin Rəbbinə, ibadət üçün tək ləyaqəti çatana ibadət edən deyilsiniz. Mən də sizin puç və batil bütlərinizə ibadət edən deyiləm. Siz gələcəkdə də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz (Bu ayə müşriklərin söz sahibləri olan şəxslər barədə naizl olmuşdur. Allah onların heç vaxt iman gətirməyəcəklərini bilirdi). Sizin ardınca getməkdə israrlı olduğunuz dininiz vardır. Mənim isə ondan başqasını seçməyəcək bir dinim vardır.
Hazırladı: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий