"Ramazan ayıdır (o ay) ki, Quran onda nazil edilmişdir. (Elə bir
kitab ki,) insanlara doğru yol göstən, hidayətin aşkar dəlilləri və (haqqı
batildən) ayırandır. Elə isə ona şahid olan onu (həmin ayı) oruc
tutmalıdır". (Bəqərə, 185)
İzah və bildirişlər
Əllamə Təbətəbai "əl-Mizan" təfsirində deyir: "Ramazan
ayıdır ki, doğru yol göstərəndir". Ramazan ayı qəməri və ərəb ilinin
aylarından doqquzuncusudur ki, şəban və şəvval arasında olur. Ramazan orucunun
vacibliyi ilə Quranın bu ayda nazil olması arasında əlaqə və bağlılıq vardır.
"Ramazan" "رمض"
maddəsindəndir və yandırmaq mənasındadır. Ramazan ayında insanın günahları
yandırılmış olur.
Ramazan ayı Quranın nazil olma ayıdır, bu ayda bir ayəni tilavət etmək
başqa aylarda bütün Quranı tilavət etmək kimidir. Həmçinin Allahın ən üstün
ayıdır.
Sahibi Allahdlr və qonaqları şəxsən dəvət etmişdir. Onun əvvəli rəhmət,
ortası məğfirət, axırı mükafatdır.
Mənbə: Təbətəbai, "əl-Mizan", cild2, səh18; "Nur" təfsiri,
cild1, səh288
Bəqərə surəsi, 185
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий