четверг, 16 июня 2016 г.

Orucun hökmləri (7)

Ramazan ayında cənabətin hökmləri 
a) Cənabətli kəs ramazan orucu kimi vaxtı müəyyən olan vacib oruc tutmaq istədikdə qəsdən qüsul almadığı halda vaxt daralarsa, təyəmmüm alaraq oruc tutsa, orucu düzgündür. 
b) Ramazan gecəsində cünub olan kəs yatdığı halda sübhə oyana bilməyəcəyini bilərsə, yatmamalıdır. Əgər yatarsa və sübhə qədər oyana bilməzsə, orucu batildir. Qəza ilə yanaşı kəffarə də boynuna gələr. 
c) Əgər ramazan gecəsi cünub olan kəs yatsa, sonra ayılsa və ehtimal versə ki, bir də yatsa ayıla biləcək, yata bilər. 
d) Əgər oruc tutan kəsin boynuna gündüz vaxtı qüsul gəlsə, dərhal qüsul alması vacib deyil. 
e) Ramazan orucunun qəzasını tutmaq istəyən kəs sübh azanına qədər cənabətli qaldığı təqdirdə, qəsdən olmasa belə, orucu batildir. 

(Seyid Sistani qeyd edir ki, Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb, boynuna qüsul gəldiyini görsə və bunun sübh azanından qabaq olduğunu anlasa, həmin günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər) 

Cənabətli olan kəs qəsdən sübh azanına qədər qüsul almasa, yaxud vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə qəsdən etməsə, orucu batildir. 

8. İmalə (klizma) etmək Axıcı şeylə imalə etmək çarəsizlik və müalicə məqsədilə olsa belə, orucu batil edir. Ancaq müalicə şamlarından istifadə etməyin işkalı yoxdur. Vacib ehtiyat odur ki, həzz almaq üçün tiryək şamı, yaxud bu məcradan qidalanmaq üçün istifadə olunan şamlardan istifadə etməsin. 

Hazırladı: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий