Quranın əzəməti
"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr". ("Həşr" surəsi, 21-ci ayə)
Bildirişlər:
1. Tərbiyə metodlarından biri də birbaşa olmadan qınamaqdır. "Əgər Biz bu Quranı nazil etsəydik... Biz bu misalları çəkirik ki.."
2. Quran elə bir Kitabdır ki, çatışmazlığı yoxdur. Əksinə, insanın lazım olan qabiliyyəti yoxdur:
3. Mənəvi həqiqətləri açıqlayarkən misal çəkmədən istifadə etmək Quran metodudur.
4. Necə olur ki, dağ o qədər möhkəmliyi ilə Quranın əzəməti qarşısında boyun əyir, ancaq bəzi insanların qəlbləri daşdan belə bərkdir?!
5. Varlığın şüuru vardır. Əgər Quran dağa nazil olsaydı, ondan qorxu, boyun əyməklik zahir olardı.
6. Quran misalları üzərində düşünüb daşınmaq və təfəkkür etməyə ehtiyac vardır. Yoxsa, həqiqətən də, dərk olunmayacaqdır.
Mənbə: "Nur" təfsiri, c.9, s.562
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий