воскресенье, 12 июня 2016 г.

Orucun hökmləri (4)

2. Cima (cinsi yaxınlıq) Cima orucu batil edir. 
3. İstimna (onanizm) 
Əgər oruc tutan kəs istimna etsə, yəni ondan məni gələcəyi bir iş görsə, orucu batildir. 

Məninin hökmləri 
a. Əgər ixtiyarsız şəkildə məni çıxarsa, orucu batil deyil. 
b. Əgər bir iş görə və bunun nəticəsində ixtiyarsız şəkildə ondan məni gələ, orucu batil olur. 
c. Əgər fikrində məni gəlməsini tutub, bir iş görsə, lakin ondan məni gəlməsə, orucu batil deyil. 
d. Oruc tutan kəs gündüz yatacağı təqdirdə möhtəlim olacağını (boynuna qüsul gələcəyini, ondan məni gələcəyini) bilsə, gündüz yata bilər. Lap əgər yatsa və möhtəlim olsa belə, orucu düzgündür. Əgər oruc tutan kəs məni gələn halda yuxudan ayılsa, bunun qarşısını almaq ona vacib deyil. 


4. Allaha və Peyğəmbərə yalan nisbət vermək
Allah və Peyğəmbərə yalan nisbət verməyin üç xüsusiyyəti vardır: 
a. Əgər oruc tutan kəs danışıq, ya yazı, yaxud işarə və bunun kimi şeylərlə Allaha, Peyğəmbərə və o həzrətin canişinlərinə qəsdən yalan nisbəti verərsə, cəld “yalan dedim” deməsinə, yaxud tövbə etməsinə baxmayaraq orucu batildir. Vacib ehtiyata əsasən, həzrət Zəhra, sair peyğəmbərlər və onların canişinləri də bu hökmdədirlər. 
b. Əgər bir şeyi düz olduğu inancı ilə Allah, ayxud Peyğəmbər sözü kimi nəql edərsə və sonra yalan olduğunu anlayarsa, orucu batil olmur. 
c. Əgər Allah və Peyğəmbərin adından yalan danışmağın orucu batil etdiyini bilərsə və yalan olduğunu bildiyi bir şeyi onlara nisbət verərsə, lakin sonra bu şeyin doğru olduğunu anlayarsa, orucu düzgündür.
(Seyid Sistaniyə görə isə, bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbərə nisbət verəsə və sonra dediyinin düzgün olduğunu başa düşərsə, bu işin orucu batil etdiyini bilmiş olduğu halda lazım ehtiyata əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ gətirsin)

Hazırladı: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий