“Nəsr” surəsi Qurani-kərimin 110-cu surəsidir. Mədinədə nazil
olmuşdur. Üç ayə, 19 kəlmə və 79 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nir-rahἶm
Rəhman, Rəhim Allahın adı ilə.
إِذَا
جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ
İzə̃ cə̃`ə nasrullãhi vəl-fəth (1)
Allahın köməyi və fəth gəldiyi zaman
وَرَأَيْتَ
النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا
Və ra`əytən-nə̃sə yədxulũnə fἶ dἶnillə̃hi əfvãcə̃ (2)
Və camaatı Allahın dininə dəstə-dəstə daxil olduqlarını gördükdə
فَسَبِّحْ
بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ
كَانَ تَوَّابًا
Fəsəbbih bihəmdi rabbikə vəstəğfirhu, innəhu kə̃nə təvvãbə̃ (3)
Həmd ilə Rəbbini təriflə və ondan bağışlanma dilə, çünki O, tövbələri
qəbul edəndir.
(Qeyd: “Fəsəbbih bihəmdi rabbikə” – Allaha həmd-səna söyləməklə Onun
şirkdən, nöqsan və eyblərdən uzaq bilməkdir. Burada zəruri qeyd vardır, o da
Peyğəmbərin hansı əmələ görə tövbə edib, bağışlanma diləməsidir. Xüsusilə də Məkkənin
fəthilə əlaqədar məsələlərdə Allahın Peyğəmbərin günahının bağışlanması, yaxud
onun bundan əvvəl və sonrakı günahının əfv edilməsindən söz açılır. Əhli-Beyt tərəfdarları
Peyğəmbərin hər bir günah və çirkinlikdən uzaq olduğunu və onun məsum olduğunu
qeyd edirlər. Bu “günah” isə Peyğəmbərə Məkkə barədə vurulan tənələr idi.
Xüsusilə Hüdeybiyyə sülhündə hətta bəzi səhabələr Peyğəmbəri günah etmiş hesab
edirdilər. Bu sülhə görə onu danlayır, qınayırdılar. Məkkənin fəthi Peyğəmbərin
haqlı olduğunu, onun özündən bir hərəkət etmədiyini sübuta yetirdi. Ayə demək
istəyir ki, Peyğəmbər sizin ona nisbət verdiyiniz günahdan uzaqdır və Allah
günah hesab etdiyinizi onun üçün əfv etmişdir. Burada Peyğəmbərin tövbə etməsi
ilə bağlı çoxlu məsələlər vardır ki, zamanla onları qeyd edəcəyik)
Asanlaşdırılmış təfsir
Ey Peyğəmbər, sənin üçün Qüreyş kafirləri üzərində qələbə, habelə Məkkənin
fəthi tamamlandıqda
Və insanların əksəriyyətinin toplu şəklində Allahın dininə – İslama
daxil olduqlarını, müsəlman olduqlarını gördükdə
Bu baş verdikdə, Rəbbinə həmd-səna etməklə çoxlu təsbih söylə, Ondan
çoxlu bağışlanma dilə. Çünki O, təsbih söyləyənlərin və bağışlanma diləyənlərin
tövbəsini qəbul edəndir. Onları bağışlayır, rəhm edir və etdikləri tövbələri məqbul
sayır. (Bu surə nazil olduqdan sonra Peyğəmbər Sübhanəkəllahummə, və bihəmdikə, Allahumməğfirli innəkə əntət-təvvabur-rəhim" zikrinidaha çox deməyə başladı. Bununla bildi ki, onun əcəli
yaxınlaşmışdır. Məkkənin fəthi Ramazan ayında, hicrətin 8-ci ili baş vermişdi.
Peyğəmbərimiz isə hicrətin 11-ci ili, səfər ayında vəfat etdi)
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий