суббота, 7 мая 2016 г.

Ailə məsələlərində istixarə etmək düzgündürmü?

Sual: Mən evlənmək üçün istixarə etdim və pis gəldi. Ancaq istixarəyə əməl etmədim və altı il əvvəl yoldaşımla ailə qurdum. İndi bir oğlumuz var. Evləndiyimiz gündən bəri problemlərimiz var. İndi məsələm təlaqa gəlib çıxmışdır. O deyir ki, yaxşı insandır, mehriban qəlbi vardır, ancaq mən ona inanmıram. Mənim bu izdivacın davam etdirilməsinə dair, xüsusən də istixarəyə diqqət etmədiyim vaxtdan bəri yaxşı hissim yoxdur. Bəs siz necə düşünürsünüz? 


Cavab: 
1. İstixarə bir əməldir ki, xüsusi şərtlərlə məhdudlaşır. Məşvərət və düşünüb-daşındıqdan sonra insan bir nəticəyə varmadıqda istixarə edə bilər və xeyir işlərdə istixarə etməyə ciddi surətdə ehtiyac yoxdur. 
2. İstixarənin cavabına əməl etmək şəri cəhətdən lazım deyil və siz onun əksinə əməl edə bilərsiniz. Buna görə də çalışın bu fikri başınızdan atasınız və düşünməyin ki, zidd bir əməl görürsünüz. Bəzən həyatın acı keçməsi belə bir fikir və düşüncələrin yaranmasına səbəb olur və güman edirik ki, bu iş heç də düzgün olmamışdır. Əgər həmişə belə düşüncə əsasında yaşasaq, sevgi və ülfətin sütunları dağılacaq, xoşbəxtlik şəraitini aradan aparmış olacağıq. 
3. Yaşayışınızın problemlərini danışıqla və çoxlu anlayış göstərməklə əxlaq çərçivəsində həll edəsiniz. Alınmadığı təqdirdə ilahi qanunlara uyğun olaraq rəfat edə bilərsiniz. 
Məlumat "Hövzə" saytının məlumatı əsasında tərcümə olunub.

Комментариев нет:

Отправить комментарий