воскресенье, 8 мая 2016 г.

Nə üçün şiələr Peyğəmbər və Əhli-Beytin şəfa verə bilməsinə inanırlar?

 Niyə görə şiələr Peyğəmbər və Əhli-Beytin şəfa verə bilməsinə inanırlar, axı Quranın “Yunis” surəsi 106-cı ayəsində buyurulur: “Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər verə biləni çağırma”?
         ''Yunis'' surəsi 106-cı ayədə bütlər və tanrılar nəzərdə tutulur ki, bu da müşriklər haqqında deyilmişdir. Şiələr isə bunu Allahın qüdrəti və möcüzəsi kimi qəbul edir, İslam Peyğəmbəri və Əhli-Beytin Allahın qüdrəti ilə şəfa verə bilməsində inkar edilməz dəlilləri var. “Allahın izni ilə ölüləri dirildirəm” – “Ali İmran” surəsi, 49-cu ayədə İsa peyğəmbərin dilindən belə buyurulur.

         Peyğəmbərimiz və Əhli-Beytin Allahın qüdrəti ilə şəfa verə bilməsinə gəldikdə isə bu hadisələr tarixdən bizə çox tanışdır və dəfələrlə bu kimi halların şahidi olmuşuq. Ancaq biz o misallarla deyil, Quran ayəsi və hədislərlə cavab verəcəyik: “Bu köynəyimi aparın atamın üzünə sürtün və yenidən görməyə başlayar”. (“Yusif” surəsi, ayə 93)
         Başqa yerdə “Muştuluqçu gəlib köynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı”. (“Yusif” surəsi, ayə 96) Yusif peyğəmbərin köynəyi Yəqub peyğəmbərin gözlərinə şəfa verdi. Göründüyü kimi peyğəmbərin köynəyi insan gözünə nur verə bilər və buna ancaq inadkarlar inanmaz.
         İslam peyğəmbəri buyurmuşdur: “Mənə beş şey verildi … və şəfaət də əta edildi”. (“Səhihul-Buxari” c. 1, səh. 91 (Misir çapı), Əhməd ibn Hənbəl “Müsnəd” kitabı c. 1, səh. 301)
         Göründüyü kimi Allahın izni ilə şəfaət verilə bilər.


Комментариев нет:

Отправить комментарий