воскресенье, 8 мая 2016 г.

Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz?

On iki imam şiələri (tərəfdarları, ardıcılları) altıncı İmam Cəfər Sadiqin adıyla bağlı Peyğəmbərimiz Məhəmməd tərəfindən ilahi vəhyə əsasən ardıcıl olaraq təyin olunan on iki imama tabe olanlar əqidə inanclarında, daha doğrusu, dinin üsul fürusunda Qurana İslam Peyğəmbərinin sünnəsinə əsaslanır və onların ardınca gedirlər. Cəfərilər ya şiələr Peyğəmbərin sünnəsini Quran hökmlərini bəyan edən Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədis və rəvayətləri daha üstün sayırlar. On iki imam şiələri adlananlar bu inancdadırlar ki, müqəddəs İslam dinini qəbul edib müsəlman olmaq istəyən kəs şəhadət verməlidir: Əşhədü ən la ilahə illəllah əşhədü ənnə Muhəmmədən əbduhu rəsuluh. Əgər bir nəfər dili olduğu halda bu kəlmeyi-şəhadəti söyləməzsə, həmin şəxs müsəlman sayılmaz. Cəfəri məzhəbi kəlmeyi-şəhadəti sidq ürəkdən deyən hər bir kəsi müsəlman olaraq tanıyır. Məzhəbindən asılı olmayaraq bu hamıya aiddir. Bir şərtlə ki, İslam dininin zəruri hökümlərini inkar etməsin.

         Cəfərilər, əsasən İslam ölkələrində yaşadıqları kimi, müsəlman olmayan ölkələrdə yaşayırlar. Bununla bərabər cəfərilər hal-hazırda İran, Pakistan, Əfqanıstan, İraq, Livan, Azərbaycan, Suriya, Türkiyə, Misir Hindistanda üstünlük təşkil edirlər. ''Məktəbi-İslam'' məcmuəsinin yazdığına əsasən dünyada 130 milyon Cəfəri məzhəbindən  olan şiə müsəlman vardır.
         Cəfəri məzhəbi İslamın ilk çağlarından Qurani-Kərim İslam Peyğəmbərinin hədisləri ilə bərabər İslam elmini inkişaf etdirmişdir. Onların mühüm dini elmi mərkəzləri vardır. Bunlardan ən əhəmiyyətlisi ən qədimi Nəcəfül-Əşrəf elm mərkəzidir. Bu mərkəz on əsr bundan əvvəl İraqın Nəcəf şəhərində böyük alimlərdən olan Şeyx Tusi tərəfindən yaranmışdır. Hal-hazırda artıq yarım əsrə yaxındır ki, İranın Qum şəhərindəki dini elmi mərkəz cəfərilərin elm mərkəzidir.
         Şiə aləmində Əhli-Beytin Peyğəmbərdən nəql etdiyi hədislər, xüsusilə İmam Cəfəri Sadiqin hədisləri böyük üstünlük təşkil edir. Cəfəri məzhəbi Quranın axirətə qədər Allah tərəfindən qorunacağı heç bir dəyişikliyə məruz qalmayacağı inancındadır bunu dəlillərlə sübut edir.
         Biz Cəfəri məzhəbi haqqında qısaca məlumat verdik. Bu məzhəblə maraqlanmaq istəyənlərə “İslamda Cəfəri Məzhəbi İmam Cəfəri Sadiqin buyruqları” kitabını oxumağı məsləhət görürük, şiələrin tarixi ilə əlaqədar isə “Tarixuş-şiə” kitabına müraciət etmək məsləhətdir.

"14 sual və 14 cavab" kitabı əsasında


Комментариев нет:

Отправить комментарий