Sual: Ustadımız Ayətullah Cavadi Amilidən nəql etmişlər ki, Kuroş,
Pifaqor, Aristotel, Platon və Sokrat peyğəmbər olmuşdur. Bu beş nəfər peyğəmbər
idilərmi? Başqa bir riyaziyatçı və ya tanınmış filosof olmuşdur ki, peyğəmbər
olsun?
Ümumi cavab: Qurani-Kərimdə, Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədislərdə bu
şəxslərin peyğəmbər olmasına dair bir dəlil yoxdur. Ancaq bəzi mütəfəkkirlər bu
şəxsiyyətlər tərəfindən irəli sürülmüş ilahi təlimlərə diqqət göstərməklə,
ehtimal baxımından (qəti surətdə yox) onların peyğəmbər olmasının mümkün
ola bilməsini müzakirə etmişlər.
Bu
barədə din mütəfəkkirlərindən birindən nəql vardır ki, müasir Orta Şərq tarixi
göstərir ki, Aristotel, Sokrat və s. kəslər həzrət İbrahimin şagirdlərindən
olmuşdur. Çünki o zamana qədər Orta Şərq camaatı ya inkarçı, ya da müşrik
olmuşlar. Həzrət İbrahim birinci dəfə tövhid üçün dəlil-sübut irəli sürdü.
Bundan sonra dünya məsələnin nə olduğunu anladı. İbrahim düşüncəsi bütün Orta Şərqi,
Yunanıstanı öz ağuşuna aldı və nəticədə aristotellər, sokratlar tərbiyə
olundular.[1]
Ancaq Aristotel və
Sokrat kimi fərdlərin peyğəmbər olmasına dair Ayətullah Cavadi Amilinin etiqad
bəsləməsinə dair açıq-aydın bir söz tapa bilmədik.[2]
Koruşa gəlincə,
Quranda bəyan olunan xüsusiyyətlərə və tarixçilərin nəzərlərinə diqqət etməklə
aydın olur ki, bəziləri Zülqərneynin Koruş olduğuna inanırlar. Əlbəttə, bu mətləbin
isbatı bir az çətindir. Təfsirçilərin hamısı bu əqidədədirlər və bir çox rəvayətlərdə
gəlmişdir ki, Zülqərneyn peyğəmbərlərdən olmamışdır, əksinə, Allah bəndələrindən
olan saleh bir bəndə olmuşdur. İmam Baqir buyurmuşdur ki, Zülqərneyn peyğəmbər
deyildi, lakin Allahın sevdiyi bir saleh adam idi[3].[4]
Buna
görə də əgər Koruş və Zülqərneyn bir adam olsa belə, Koruşun peyğəmbər olması
sübuta yetməyəcəkdir. Bu adamlardan başqa, heç bir filosof və ya riyaziyyatçı
üçün peyğəmbər olmalarına dair bir iddia sübuta yetirilməmişdir.
Hazırladı: Fərid Abdullah
Aviny saytının materialından istifadə
edilib.

Комментариев нет:
Отправить комментарий