понедельник, 4 июля 2016 г.

Ramazan ayının axırıncı gecəsinin əməlləri

Olduqca bərəkətli bir gecədir. Bu gecə üçün bir neçə əməl varid olmuşdur.
1. Qüsl almaq (Niyyəti Allaha bəndəçilik etmək, onun əmrini yerinə yetirmək üçün Ramazan ayının axır gecəsinin qüslunu alıram)
2. İmam Hüseyni ziyarət etmək (Buna imkanı çatmayan o həzrətə hədiyyə namazı qılsın, ziyarətnaməsini oxusun, ona salavat göndərsin)
3. “Ənam”, “Kəhf”, “Yasin” surələrini oxumaq və yüz dəfə “Əstəğfirullahə və ətũbu iləyh” (Allahdan bağışlanma diləyir və Ona sarı qayıdıram) demək.
4. Bu duanı Şeyx Kuleyni İmam Sadiqdən nəql etmişdir:
“Allãhummə hə̃zə̃ şəhru Ramədãnəl-ləz ənzəltə fhil-Qur`ə̃nə və qad təsarramə və ə`ũzu bivachikəl-kərmi, ya Rəbbi ən yatlu`əl-fəcru min ləylət hə̃zihi əu yətasarramə şəhru Ramədãnə və ləkə qıbəl tib`atun əu zənbun turdu ən tuəzzibən bihi yəumə əlqãkə”.
Tərcüməsi: İlahi, budur ramazan ayı ki, Quranı onda nazil etmisən. Artıq (bu ay) kəsilmişdir (ötüb keçmişdir).  Mən sənin kərim zatına pənah aparıram, ya Rəbb, (o şeydən ki,) bu gecədən fəcr doğsun, yaxud Ramazan ayı kəsilsin, ancaq mənim tərəfimdən sənin üçün elə bir nəticə, yaxud günah (qalmış) olsun ki, onun vasitəsilə məni səninlə görüşən gün əzaba düçar etməyi istəyəsən”.

5. “Yə̃ mudəbbiral-umũr” duasını oxumaq. Bu duanı 21-ci gecənin əməlləri içərisində qeyd etmişdik.
6. Ramazan ayını vida duaları ilə keçirmək.  Bunlardan ən yaxşısı “Səhifeyi-Səccadiyyə”nin 45-ci duasını oxumaqdır. Seyid İbn Tavus İmam Sadiqdən belə bir rəvayət etmişdir ki, kim Ramazanın axır gecəsi bu şərafətli aya vida edərək deyərsə:
“Allãhummə lə̃ təc`alhu ãxirəl-əhdi min sıyə̃mi lişəhri Ramədãnə və ə`ũzu bikə ən yatlu`ə fəcru hə̃zihil-ləyləti illə̃ və qad ğafərtə l”.
Məzmun tərcüməsi: “İlahi, bu ayı Ramazan ayında olan axırıncı orucum qərar vermə. Sənə o şeydən pənah aparıram ki, bu gecənin fəcri doğsun, amma məni bağışlamayasan”.
Belə ki, fəcr doğmamış Allah onu bağışlayar, ona tövbəni və Allaha sarı qayıtmağı nəsib edər.
Seyid və Şeyx Səduq Cabir ibn Abdullah Ənsaridən belə rəvayət etmişlər ki, Ramazan ayının axırıncı cüməsi Cabir Peyğəmbərin yanına getdi. Peyğəmbərin gözü ona düşdükdə dedi ki, ey Cabir Ramazanın axırıncı cüməsidir. Elə isə ona vida et və de:
“Allãhummə lə̃ təc`əlhu ãxirəl-əhdi min sıyə̃mənə̃ iyyə̃hu, fə`in cə`əltəhu, fəc`əln mərhũmən və lə̃ təc`əln məhrũmən”.
Məzmun tərcüməsi: “İlahi, onu (bu ayı) tutduğumuz orucların axırıncısı qərar vermə, əgər aıxırncısı qərar verəcəksənsə, o zaman məni rəhm olunmuşlardan et, məhrum olmuşlardan etmə”.
Şübhəsiz ki, kim bu gün bu duanı oxusa, bu iki şeydən birinə nail olar. Ya gələcək Ramazan ayına yetişəcəkdir, ya da Allahın hədsiz rəhmətinə qovuşacaqdır.
Seyid İbn Tavus, Kəf`əmi Peyğəmbərin belə buyurduğunu nəql ediblər ki, kim Ramazanın axır gecəsində ikirəkətli şəkilində on rəkət namaz qılsa, hər rəkətdə bir “Fatihə”, on dəfə “İxlas” surəsini oxusa, hər rüku və səcdədə on dəfə “Subhə̃nəllãhi vəl-həmdu lillə̃hi və lə̃ ilə̃hə illəllãhu vallãhu əkbər”  deyib on rəkətin hamısını qılıb qurtardıqdan sonra min dəfə istiğfar (Əstəğfirullãhə və ətũbu iləyh) deyib, sonra başını səcdəyə qoyaraq səcdədə desə:
“Yə̃ həyyu yə̃ qəyyũmu, yə̃ zəl-cələ̃li vəl-ikrãmi, yə̃ Rahmə̃nud-dunyə̃ vəl-ə̃xirati və rəhməhumə̃, yə̃ ərhəmər-rãhimnə, yə̃ ilə̃həl-əvvəlnə vəl-ə̃xirnə, iğfir lənə̃ zunũbənə̃ və təqabbəl minnə̃ salə̃tənə̃ və sıyə̃mənə̃ və qıyə̃mənə̃”
Tərcüməsi: “2y diri, ey əbədi (yəni həmişə qalan), ey ucalıq və ikram sahibi, ey dünya və axirətin Rəhmanı, ey o ikisinin Rəhim olanı, ey rəhm edənlərin ən rəhimlisi, ey birincilərin və axırıncıların İlahı, bizim günahlarımızı bağışla, bizim namazımızı, orucumuzu və (gecə ibadətə) durmağımızı qəbul et”.
Başını səcdədən qaldırmamış Allah onu bağışlayar. Ramazan ayını ondan qəbul edər.
Bu namazının fitr gecəsi də qılınması rəvayət olunmuşdur. Ancaq bu rəvayətdə gəlmişdir ki, rüku və səcdələlərdə “təsbihati-ərbə`ə”ni deyəcəkdir. Həmçinin namazdan sonrakı səcdədə “İğfir lənə̃ zunũbənə̃...” yerinə “iğfir l zunũbi və təqabbəl saum və salə̃t və qıyə̃m” deyəcəkdir.
Hazırladı: Fərid Abdullah

Mənbə: “Məfatihul-Cinan”.

Комментариев нет:

Отправить комментарий