Fitrə zəkata aid bir şeydir. Fitrə fitr bayramının axşamı günəş batdığı
vaxt çıxarılmalıdır. Fitrə zəkatı müəyyən şərtlər əsasında həddi-büluğa çatmış,
ağlı başında olan, bihuş, yoxsul və kiminsə qulu olmayan, həmçinin özü və çörək
yeyəni sayılan şəxslərin hər biri üçün vacibdir. Bu haqda ətraflı yazacağıq.
İnsan fitrə zəkatı verərkən NİYYƏT etməlidir. Yəni nə etdiyini bilməli
və bunu qürbət qəsdilə etməlidir. Qürbət qəsdi tez-tez rastınıza çıxır. Nədir bu ifadə? Fiqhi terminologiyada qürbət qəsdi
deyərkən, Allaha bəndəçilik və Onun əmrini yerinə yetirmək məqsədilə bir işi görmək
nəzərdə tutulur. Əgər bir nəfər fitrə verərkən qürbət qəsdi etməsə, günah etmiş
sayılsa da, kifayətdir. Bundan əlavə həmin şəxs verdiyi şeyi ayırd etməlidir.
Yəni bilməlidir ki, o, öz malından fitrə zəkatını verir.
Əgər bir adam fitrə zəkatını bir nəfərə çatdırmaq üçün kimisə vəkil
təyin etsə, məsələn bir nəfər çıxartdığı fitrəni kiməsə versə ki, bunu al və
ehtiyaclı birinə çatdır, o zaman zəkatı ona verərkən niyyət etməlidir. Müstəhəb
ehtiyat budur ki, verdiyi zəkat müstəhəqqə (müstəhəqq də fiqhi termindir. Haqqı
çatan, layiq olan mənasını daşıyır) çatana qədər niyyəti davam etsin.
Yaxşısı budur ki, insanlar verdikləri fitrə barədə məsuliyyətli
olsunlar. Çünki bu, sədəqə deyil. Vacib buyurulan bir hökmdür. O qədər insan
var ki, gözünü bu fitrəyə dikib və ona ləyaqəti çatır. Allah kiməsə imkan
yaradıbsa, ona mal-dövlət veribsə, bu o demək deyil ki, o, bu cür şeylərə qarşı
səhlənkar yanaşmalı və boyun qaçırmalıdır. Fitrə zəkatının kimə verilməsinə
dair də diqqətli olun. Sorğu-sual edin ki, kimə çatacaq? Əlbəttə ki, bu o
haldadır ki, siz kimisə vəkil tutmusuz. Lakin özünüz fitrə zəkatını verərkən də
haqqı çatan adama verin. Bu
haqda da ətraflı yazacağıq.
Hazırladı: F.A.
Комментариев нет:
Отправить комментарий