понедельник, 4 июля 2016 г.

Fitrə zəkatına dair məsələlər (1)

Fitrəni bayram namazından sonra vermək lazımdır, yoxsa əvvəl?
1. Fitrəni bayram namazından sonra vermək
Fəqihlər verilməsi vacib olan fitrənin zamanını fitr bayramı axşamının qürubundan (yəni günəş batan zamandan) hesab etmiş və onu bayram namazından sonraya qədər təxirə salmağı keçərli (caiz) bilməmişlər. Kim bayram namazını qıla bilməsə, fitrəni bayram gününün zöhrünə (günorta azanına) qədər verməlidir.
Lakin əgər yoxsul birinə əli çatmasa, öz malından bir miqdar fitrə adı ilə ayıra və nəzərində tutduğu, ya da ümumən hər hansı bir fitrəyə haqqı çatan kəs üçün kənara qoya bilər. Ancaq kənara qoyduğu fitrəni nə zaman vermək istəsə fitrə niyyəti etməlidir.

İndi birdən fitrə zəkatı verilməsi vacib olan bir mövqe olduqda fitrə verməsə, yaxud kənara da qoymasa, vacib ehtiyat budur ki, daha sonra qəza, yaxud əda niyyəti etmədən (sadəcə qurbət qəsdilə etməsi kifayətdir) fitrə versin. (Bu çətin söhbətin anlamı nədir? Yəni bir adam fitrə verərkən niyyət etməlidir. Yəni "Allahın əmrini yerinə yetirmək naminə əda olaraq fitrə çıxarıram/verirəm", - deməlidir. Əda bir şeyi zamanında yerinə yetirməkdir. Əgər təxirə düşsə və zamanı ötsə, qəza olur)
2. Fitrəni bayramdan öncə vermək barədə fəqihlər belə deyiblər:
Ramazan ayından öncə fitrə vermək düzgün deyil. Vacib ehtiyata əsasən Ramazan ayında da fitrə verilməməlidir. Lakin Ramazan ayından öncə, yaxud Ramazan ayında bir fəqirə borc verərsə, bundan sonra borc sahibinin boynuna fitrə vacib olarsa, alacağını fitrə kimi hesablamasının bir maneəsi yoxdur.
Hazırladı: F.A.


Комментариев нет:

Отправить комментарий