Fitr bayramının namazı haqqında
Fitr bayramının namazını hal-hazırda həm camaatla,
həm də fərdi şəkildə qılmaq müstəhəbdir. İmam zühur etdikdən sonra isə bu namaz
vacib olacaqdır və camaat şəklində qılınacaqdır.
Bayram namazının vaxtı günəş çıxdıqdan günortaya
qədərdir. Belə ki, Fitr bayramında sübhdən sonra heç nə yeməyib, günəş
yüksəldikdən sonra xurma, yaxud şirin bir şey yeyib, habelə fitrə zəkatını
verib bayram namazını qılmaq müstəhəbdir.
Fitr bayramının namazı iki rəkətdir. Daha yaxşı olar ki, bayram namazı bu şəkildə
qılınsın: Dediyimiz kimi, namaz sübh namazı kimi iki rəkətdir. Tək şəkildə
namazı qılıan belə niyyət edəcək: “Allaha bəndəçilik etmək və onun əmrini
yerinə yetirmək məqsədilə Fitr bayramının namazını qılıram”. Bayram namazı
qılarkən birinci rəkətdə “Fatihə” surəsindən sonra “Şəms” (91-ci surə), ikinci
rəkətdə isə “Fatihə” surəsindən sonra “Ğaşiyə” (88-ci surəni) oxumaq, yaxud
birinci rəkətdə “Fatihə” surəsindən sonra “Ə`la” (87-ci surə) surəsini, ikinci
rəkətdə isə “Fatihə” surəsindən sonra “Şəms” surəsini oxumaq yaxşıdır. Kim “Fatihə”
surəsindən sonra qeyd edilən bu surələri əzbər bilməsə, elə “İxlas” surəsini də
oxuya bilər.
Bu namazda doqquz qunut tutulur. Birinci rəkətdə
beş, ikinci rəkətdə isə dörd qunut. İndi qısa şəkildə qılınma qaydasını ifadə
edək:
Namazın niyyəti – “Təkbirətul-ehram” (Allahu əkbər
demək) – “Fatihə” surəsi – Bildiyiniz tam surə - Allahu əkbər – (1) Qunut –
Allahu əkbər – (2) Qunut – Allahu əkbər – (3) Qunut – Allahu əkbər – (4) Qunut –
Allahu əkbər – (5) Qunut – Allahu əkbər – Rüku və səcdələr.
İkinci rəkətə qalxdıqda: “Fatihə” surəsi –
bildiyiniz tam surə - Allahu əkbər – (1) Qunut – Allahu əkbər – (2) Qunut –
Allahu əkbər – (3) Qunut – Allahu əkbər – (4) Qunut – Allahu əkbər, rüku,
səcdələr, təşəhhüd və salamlar. Vəssəlam. Gördüyünüz kimi birinci rəkətdə 5
qunut, ikincisində isə 4 qunut tutuldu. Namazın təkbirləri də (Allahu əkbər) öz
yerində.
Bəs qunutda nə oxumaq olar? İstədiyiniz hər bir
duanı oxuya bilərsiniz. Amma yaxşı olar ki, qunutlarda bu dua oxunsun:
llã fἶ hə̃zəl-yəumi əu tə`abbə`ə əu ə`addə vəstəaddə
livifə̃dəti ilə̃ məxlũqin
“Allãhummə əhləl-kibriyə̃`i, vəl-əzəməti və əhləl-afvi
vər-rahməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hə̃zəl-yəumil-ləzἶ cə`altəhu
lil-muslimἶnə iydən və li-Muhəmmədin salləllãhu aləyhi və ãlihi zuxrən və
şərəfən və kərãmətən və məzἶdən, ən tusalliyə alə̃ Muhəmmədin və Ãli Muhəmmədin
və ən tudxilənἶ fἶ kulli xəyrin ədxəltə fἶhi Muhəmmədən və Ãlə Muhəmmədin, və
ən tuxricənἶ min kulli sũ`in əxractə minhu Muhəmmədən və Ãlə Muhəmmədin, saləvãtukə
aləyhi və aləyhim. Allãhummə innἶ əs`əlukə xəyrə mə̃ sə`ələkə bihi ibadukəs-sãlihũn
və ə`ũzu bikə mimməstə`azə minhu ibadukəl-muxləsũn.
Tərcüməsi: “İlahi, Sən böyüklük, əzəmət əhlisən, əfv
və rəhmət əhlisən, təqva və məğfirət (bağışlama) əhlisən. Səndən müsəlmanlara
bayram, Məhəmməd – Allahın salavatı olsun ona və ailəsinə - azuqə, şərəf,
kəramət, çoxluq qərar verdiyin bu günün xətrinə xahiş edirəm ki, Məhəmməd və
onun ailəsinə salavat göndərəsən və məni Məhəmməd və onun ailəsini dahil
etdiyin hər bir xeyirə daxil edəsən, habelə məni Məhəmməd və onun ailəsini –
Sənin salavatın olsun ona və onlara – çıxartdığın hər bir pislikdən çıxarasan.
İlahi, Səndən o şeyi xahiş edirəm ki, onu saleh bəndələrin Səndən istəyiblər və
Sənə o şeydən pənah aparıram ki, ixlaslı (səmimi) bəndələrin ondan Sənə
sığınıblar”.
Hazırladı: F.A.
Комментариев нет:
Отправить комментарий