среда, 6 июля 2016 г.

Şəvval ayında 6 gün oruc tutmaq və Şəvval ayı haqda qeyd

Son zamanlar gündəmdə Peyğəmbərdən nəql olunan belə bir hədis dolaşır, məzmunu belədir ki, kim Ramazanda oruc tutsa, Şəvvaldan altı günü də ona qoşsa (ardınca tutsa), sanki (bütün) dövrü oruc tutmuşdur”. (Müslim, Əbu Davud, Tirmizi, Nisai, Əbu Macə) مَنْ صَامَ رَمَضَانَ وَ أَتْبَعَهُ سِتًّا مِنْ شَوَّالٍ كَانَ كَصِيَامِ الدَّهْرِ
Bu altı günlük oruc haqqında sual edildikdə və bunun imamiyyə məzhəbilə müvafiq olub-olmaması barədə soruşulduqda belə bir kiçik yazı hazırlamaq qərarına gəldik.
Şəvval ayı qəməri aylarının onuncusudur. Ramazan ayından sonra gəlir. Onunla əlaqəli hökmlər barədə oruc və həcc babında söz açmışlar.
Müqəddəs şəriətdə bəzi günlər və aylar üçün, o cümlədən Şəvval ayı üçün xüsusi hökmlər bəyan olunmuşdur.

Şəvval həcc aylarındandır; yəni təməttö həccini icra etmək istəyən kəs bu aylarda yerinə yetirir. (Cəvahirul-Kəlam; Əl-Hədaiqun-Nadırəh)
Qeyd edək ki, Şəvval, Ziqədə və Zilhiccə ayları həcc aylarıdır.

Şəvval ayının görülməsi Ramazan ayının başa çatdığından, Şəvval ayının daxil olmasından və onun birinci günündə iftar etməyin vacib olmasından xəbər verir.
Şəvval ayının 1-i Fitr bayramıdır. Onun bayram namazı, oruc tutmağın haram olması, həmçinin həmin gecədə qüsl alınması kimi xüsusi hökmləri vardır. Fitrə zəkatının bir şəxsə vacib olması Şəvval ayı görünərkən həmin vaxt bir sıra şərtlərə malik olmasından asılıdır. Necə ki, müasirlər arasındakı məşhur nəzərə görə fitrə zəkatının vacib olma zamanı da Şəvval ayının hilalına yetişdikdə vacib olur.
Bəzilərinin fikrinə əsasən Fitr bayramından sonra altı gün müddətinə oruc tutmaq müstəhəbdir (Qəvaidul-Əhkam). Bəziləri onun müstəhəb olmasını Şəvvalın dördündən sonra altı gün müddətində olduğunu hesab etmişlər (Urvətul-Vusqa). Bəziləri isə onun müstəhəb olmasını sübuta yetən bilməmişlər (Mədarikul-Əhkam; Əl-Hədaiqun-Nadırəh; Kəşful-Ğita)
Hazırladı: Fərid Abdullah.


Комментариев нет:

Отправить комментарий