понедельник, 4 июля 2016 г.

Fitrə zəkatına dair məsələlər (6) SON

İnsan fitrə zəkatını qürbət niyyətilə, yəni Allahın əmrini yerinə yetirmək və Ona bəndəçilik məqsədilə verməlidir. Həm də onu verən zaman fitrə vermək niyyəti etməlidir. Bu haqda əvvəlki yazılarda qeyd etmişdik.
Əgər fitrəni qüsurlu və eybli bir şeydən versə, vacib ehtiyata əsasən, kifayət deyil.
Bir neçə nəfərin fitrəsini verən adam hamısını bir maldan verməyə bilər. Məsələn, bəzisinin fitrəsini buğdadan, bəzisinin fitrəsini isə arpadan verə bilər.
Fitr bayramı namazını qılan kəs, vacib ehtiyata əsasən, fitrəni bayram namazından öncə verməlidir. Lakin bayram namazını qılmayıbsa, fitrəni zöhrə qədər gecikdirə bilər.
Əgər fitrə niyyəti ilə malından bir miqdar kənara qoyub, bayram günü zöhrə qədər fitrəyə haqqı çatan birisinə verməsə, hər nə vaxt versə, fitrə niyyəti etməlidir. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, maneəçiliyi yoxdur.

Əgər bayram günü zöhrə qədər fitrə verilməsə və kənara da qoyulmasa, vacib ehtiyata əsasən, sonradan əda və qəza niyyəti etmədən verilməlidir. (Bu haqda da əvvəlki yazılarda qeyd etmişik)
Əgər fitrəni ayırıb kənara qoysa, artıq onu özü üçün götürüb istifadə edə bilməz, yaxud onun əvəzinə başqa bir malı fitrə kimi əvəz edə bilməz.
Əgər fitrə üçün ayırıb qoyduğu mal aradan gedibsə, bu vəziyyətdə onun əli fəqirə çatırdısa və fitrə verməyi gecikdiribsə, onda onun əvəzini verməlidir. Əks təqdirdə, yəni fəqir tapmamışdısa və onu saxlamaqda səhlənkarlıq etməyibsə, zamin deyil.
Öz yerində fitrə verməyə adam varsa, vacib ehtiyata görə, fitrəni başqa yerə aparmamalıdır. Əgər aparıb başqa adama versə, eybi yoxdur. Amma başqa yerə aparıb malı tələf etsə, onun əvəzini verməlidir.
Hazırladı: F.A.


Комментариев нет:

Отправить комментарий