Vacib ehtiyata
əsasən fitrə zəkatı yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı
mal zəkatına haqları çatan yoxsul Əhli-Beyt tərəfdarlarına verilsin. Amma əgər
fitrə vermək istəyən kəsin şəhərində yoxsul Əhli-Beyt tərəfdarı olan heç kəs
yoxdursa, sair müsəlman fəqirlərə verməlidir. Amma hər halda, Əhli-Beytlə
düşmənlik edən kəsə verməməlidir.
Fitrə verilən
fəqirin ədalətli olması şərt deyil. Lakin vacib ehtiyata əsasən, şərabxor,
binamaz və aşkarda günah edənə fitrə
verilməməlidir. Bildiyiniz kimi fitrə halal puldan çıxarılmalıdır və onu elə
bir adama vermək lazımdır ki, bu pulu haram yerə də xərcləməsin. Buna görə də
fitrəni günah işlərə xərcləyən şəxsə fitrə verilməməlidir.
Ehtiyat müstəhəbb odur ki, bir
fəqirə təqribən 3 kq-dan az fitrə verilməsin, cəm olan fəqirlərə çatmasa, bu
hal istisnadır. Ancaq əgər çox verilsə, eybi yoxdur.
Qiyməti adi
qiymətdən iki dəfə artıq olan maldan, yəni məsələn, adi buğdanın qiymətindən
iki dəfə çox olan buğdadan təxminən 1.5 kq versə, kifayət deyil. Hətta əgər onu
fitrə qiyməti məqsədi ilə versə belə, kifayət deyil.
Fitrə verərkən
insan bir az bir növdən, bir az da başqa növdən verə bilməz. Məsələn, 1.5 kq
buğdadan və 1.5 kq isə arpadan verə bilməz. Lap onu fitrə qiyməti məqsədilə də
versə belə, kifayət deyil.
Fitrə zəkatı verərkən insan öz imkansız qohumlarını və qonşularını başqalarından üstün tutarsa, daha çox savabı vardır. Elm, din və fəzilət əhli sayılan imkansızları başqalarından üstün tutmaq isə daha da yaxşıdır.
Fitrə zəkatı verərkən insan öz imkansız qohumlarını və qonşularını başqalarından üstün tutarsa, daha çox savabı vardır. Elm, din və fəzilət əhli sayılan imkansızları başqalarından üstün tutmaq isə daha da yaxşıdır.
Əgər insan bir
nəfərin fəqir olduğunu zənn edib, ona fitrə versə, sonra isə həmin şəxsin fəqir
olmadığını anlsa, ona verdiyi mal aradan getmədiyi təqdirdə həmin malı geri
almalı və haqqı çatan şəxsə verməlidir. Əgər ala bilməsə, öz malından fitrənin
əvəzini verməlidir. Əgər verdiyi şey aradan gedibsə və həm də fitrəni alan kəs
aldığı şeyin fitrə olduğunu bilirdisə, gərək onun əvəzini qaytarsın. Yox,
bilmirdisə onda əvəzini vermək ona vacib deyil, fitrə verməli şəxs gərək
fitrəni yenidən versin.
Bir adamın “mən
fəqirəm” deməsi ilə ona fitrə vermək olmaz. Ancaq sözündən arxayınçılıq hasil
olsa, yaxud əvvəllər onun fəqir olduğunu bilirdisə, o kəsə fitrə verilə bilər.
Hazırladı: F.A.
Комментариев нет:
Отправить комментарий