Birinci gün – Fitr bayramı günü və onun müxtəlif əməlləri
1. Sübh namazı, həmçinin bayram namazından sonra Fitr bayramı gecəsi
vacib namazlardan sonra qeyd edilən təkbirləri demək (Bu təkbirləri Fitr gecəsinin
əməlləri arasında qeyd etmişik)
2. Fiqh kitablarında aydın şəkildə ətraflı qeyd edilən məlumatlar əsasında
bayram namazından öncə fitrə zəkatını çıxarmaq (Bu haqda ətraflı məlumatlar
yazmışıq). Bil ki, fitrə zəkatını vermək təkid olunan vacib əmrlərindən biridir.
Həm də Ramazan ayı orucunun qəbul olma şərtlərindəndir. Bu haqda Quran ayəsində
də qeyd edilmişdir.
3. Qüsl almaq. Onun vaxtı sübhdən bayram namazının qılınma vaxtına qədərdir.
Qüslun niyyəti belədir: “Allaha bəndəçilik etmək və əmrini yerinə yetirmək
naminə Fitr bayramı gününün qüslunu alıram”.
4. Çalışın bayram günü təmiz və yeni libas geyinin, özünüzə ətir
vurun.
5. Fitr bayramı günü oruc tutmaq haramdır. Lakin yaxşı olar ki, sübh
azanından bayram namazına qədər bir şey yeyib-içməyəsiz. Bayram namazından öncə
xurma, yaxud şirin bir şey yeyəsiniz.
6. Bayram namazı üçün gün çıxdıqdan sonra çıxmaq gərəkdir. Əbu Həmzə Sumali
İmam Baqirdən belə rəvayət etmişdir ki, Fitr və Qurban bayramında, Cümədə
çıxmağa hazırlaşarkən bu dua oxunsun:
Oxunuşu: “Allãhummə mən
təhəyyə`ə fἶ hə̃zəl-yəumi əu tə`abbə`ə əu ə`addə
vəstəaddə livifə̃dəti ilə̃ məxlũqin racə̃`ə rifdihi və nəvãfilihi və ətãyə̃hu,
fə`innə iləykə yə̃ səyyidἶ təhyiənἶ və tə`biənἶ və i`də̃di vəs-ti`də̃dἶ racə̃`ə rifdikə və cəvã`izikə və nəvãfilikə və fəvãdılikə və fədãilikə
və ətãyãkə, və qad ğadəvtu ilə̃ əydin min ə`yə̃di umməti nəbiyyikə Muhəmmədin
saləvãtullãhi əleyhi və alə̃ ãlihi, və ləm ãfid iləykəl-yəumə biəməlin salihin əziqu
bihi qaddəmtuhu və lə̃ təvəccəhtu biməxlũqin əmməltuhu, və lə̃kin ə̃təytukə
xadı`ən muqirrən bizunũbi və isə̃`ətἶ ilə̃ nəfsἶ, fəyə̃ Əzἶmu, yə̃ Əzἶmu, yə̃ Əzἶmu iğfir liyəl-azἶmə min zunũbἶ, fə`innəhu lə̃ yəğfiruz-zunũbəl-izãmə
illə̃ əntə yə̃ lə̃ ilə̃hə illə̃ əntə, yə̃ ərhəmər-rãhimἶn”.
Məzmun tərcüməsi: İlahi, bu gün
kim hansısa bir məxluqun dəstəyinə, bəxşişlərinə, böyük nemətlərinə, hədiyyələrinə
ümid bağlayaraq özünü hazırlayıbsa, (bil ki,) ey ağam, mən Sənin dəstəyin,
mükafatların, böyük nemətlərin, fəzilətlərin, bəxşişlərinə ümid bəsləyərək
özümü Sənə tərəf (gəlməyə) hazırlamışam.
Mən Peyğəmbərin Məhəmmədin – Allahın salavatı olsun ona və onun ailəsinə – ümmətinin
bayramlarından birinə başlamışam və bu gün Sənin yanına təqdim etmiş olduğum etimad
edə biləcəyim saleh bir əməllə gəlməmişəm və ümid bağlamış olduğum bir məxluqlar
üz tutmamışam. Mən sadəcə Sənin yanına boyun əyən, günahını və özünə qarşı
etdiyi pisliyi boynuna alan halda gəlmişəm. Buna görə də ey Əzəmətli, ey Əzəmətli,
ey Əzəmətli, mənim böyük günahlarımı bağışla. Çünki böyük günahları yalnız özündən
başqa bir tanrı olmayan Sən bağışlaya bilərsən, ey rəhmlilərin ən rəhmlisi”.
Комментариев нет:
Отправить комментарий