Qeyd edək ki, altruizm
— başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə
öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsipdir.
– İmam Əli
buyurub: “Fədakarlıq ən ali əxlaqi xüsusiyyətdir”. (Ğurərul-Hikəm: 986;
Uyunul-Hİkəm vəl-Məvaiz, s.19, h.91)
– Həmçinin
buyurub: “Fədakarlıq yaxşı adamların xarakteridir”. (Ğurərul-Hikəm: 606 və 882;
Uyunul-Hikəm vəl-Məvaiz: s.23, h.197)
– Həmçinin
buyurub: “Fədakarlıq ən gözəl ehsan və imanın ən uca mərtəbəsidir”. (Ğurərul-Hikəm:
1705)
– Həmçinin
buyurub: “Fədakarlıq ibadətlərin ən fəzilətlisi, ağalığın ən mükəmməl olanıdır.
(Ğurərul-Hikəm: 1148, Uyunul-Hikəm vəl-Məvaiz: s.29, h.439)
– Həmçinin
buyurub: “Ən üstün səxavət fədakarlıqdır”. (Ğurərul-Hikəm: 2888, Uyunul-Hikəm vəl-Məvaiz:
s.111, h.2405)
– Həmçinin
buyurub: “Sair insanlarla insafla, möminlərlə isə fədakarlıqla davran”. (Ğurərul-Hikəm:
6342)
– Həmçinin
buyurub: “Əxlaqi xislətlərin ən uca zirvəsi fədakarlıqdır”. (Ğurərul-Hikəm: 6361)
– Həmçinin
buyurub: “Azad insanlar fədakarlıqla bəndəliyə çəkilmiş olarlar”. (Ğurərul-Hikəm:
4187)
Fədakar insanların
fəziləti
“(Mühacirlər gəlməmişdən)
öncə o diyarda (yəni Mədinədə) yurd salmış və iman gətirmiş kəslər onlara sarı hicrət
edən kəsləri sevir və onlara verdiklərinə görə sinələrində ehtiyac hissi (həsəd
və paxıllıq) duymurlar. Özləri ehtiyac içində olsalar belə, onları özlərindən
üstün tuturlar. Nəfsi tamahdan qorunan kimsələr, nicat tapanlar məhz onlardır”.
(Həşr, 9)
– Şeyx Tusinin “Əmali”
kitabında Əbu Hüreyrədən belə nəql olunmuşdur ki, bir nəfər Peyğəmbərin yanına
gəldi və aclıqdan şikayət etdi. Allah Rəsulu bir nəfəri həyat yildaşlarından
birinin evinə göndərdi. Amma onlar dedi ki, sudan savayı heç nəyimiz yoxdur.
Allah Rəsulu buyurdu: “Bu gecə bu adamı kim qonaq edər?” Əli ibn Əbu Talib
buyurdu: “Ey Allah Rəsulu, mən onu qonaq edərəm”. Sonra Fatimənin yanına gəlib
dedi: “Yeməyə nəyin var, ey Allah Rəsulunun qızı?” Fatimə dedi: “Uşaqların yeməyindən
başqa heç nə yoxdur. Amma qonağı özümüzdən üstün tutarıq”. Əli dedi: “Ey Məhəmmədin
qızı, uşaqları yatızdır və çırağı söndür”. Səhər açıldıqda Əli Peyğəmbərin
yanına gəlib, macəranı ona danışdı. Çox keçmədi ki, Allah-taala “özlərindən
üstün tutarlar” ayəsini nazil etdi”. (Əl-Əmali lit-Tusi: s.185, h.309)
– “Tənbihul-Xəvatir”:
Aişədən belə nəql olunub: Allah Rəsulu dünyasını dəyişən vaxta qədər heç vaxt
ardıcıl olaraq doyunca yemək yemədi. Əgər istəsəydi, sözsüz ki, doyardı. Ancaq
başqalarını özündən üstün tutardı”. (Tənbihul-Xəvatir”, c.1, s.172)
– “Məcməul-Bəyan”:
Əbut-Tufeyldən nəql olunub: Əli bir köynək aldı. Ondan xoşu gəldi. Buna görə də
onu sədəqə verdi və dedi: Peyğəmbərin belə dediyini eşitmişəm: Kim fədakarlıq etsə (başqasını özündən üstün tutsa), Allah
Qiyamət günü ona Cənnəti bağışlayar”. (Məcməul-Bəyan, c.2, s.792)
– İmam Sadiq
Allah-taalanın “Onun (yəni Allahın) istəyi əsasında yeməyi miskinə, yetimə və əsirə
yedizdirərlər” kəlamı barədə buyurub: Fatimənin evdə bir miqdar arpası vardı.
Ondan sıyıq hazırladılar. Hazır olduqda onu qarşılarına qoydular (ki, yesinlər).
Bir miskin gəldi və dedi: “Allah sizə rəhm etsin. Allah sizə ruzi verdiyinən bizi
də yedizdirin”. Əli ayağa durdu və yeməyin üçdə birini ona verdi. Çox keçmədi
ki, bir yetim gəlib dedi: “Allah sizə rəhm etsin. Allah sizə ruzi verdiyindən bizi
də yedizdirin”. Əli ayağa durdu və digər üçdə birini ona verdi. Çox keçmədi ki,
bir əsir gəlib dedi: “Allah sizə rəhm etsin. Sizə ruzi verdiyindən bizi də
yedizdirin”. Əli yerdə qalan üçdə biri də ona verdi. Ancaq ondan dadmadılar da.
Beləcə, Allah onlar barədə bu ayəni – “Səyiniz təşəkkürə layiqdir” ayəsinə qədər
– endirdi”. (Təfsirul-Qummi, 2/398; Məcməul-Bəyan, 10/612; Biharul-Ənvar: 35/243/3)
Tərcümə etdi: Fərid Abdullah
"Mizanul-Hikmət", c.1.
Tərcümə etdi: Fərid Abdullah
"Mizanul-Hikmət", c.1.
Комментариев нет:
Отправить комментарий