среда, 12 октября 2016 г.

Şəhidin xüsusiyyəti

“(Əsla) Allah yolunda qətlə yetirilən kəslərin ölü olduqlarını hesab etmə! Əksinə, (bu kəslər) diri olanlardır ki, Rəbləri yanında onlara ruzi verilir”. ("Ali İmran", 169)
Şəhid olmaq həyatı sona çatdırmaq deyil. Əksinə, dirilikdir. Elə canlılar vardır ki, sağ ikən ölüdürlər.
Diri olmaq insanın əldə edə biləcəyi ən yüksək nəaliyyətlərdəndir.
Allah yolunda öldürülən kəsin mövqeyi ucadır. Çünki onların dəyəri Allah qatında dəyərləndirilmişdir və onlar davamlı olaraq mükafatlandırılırlar.
Allah şəhidlərin xatirəsini həm dünyada diri saxlayır, həm onları örnək göstərir, həm onları mükafatlandırır, həm də onlara ali axirət həyatı bəxş edir.

Yalnız Allah yolunda öldürülmək ali məqam hesab edilir. Allah yolunun nə olması isə geniş mövzudur. Allah yolu nəfsin istəkləri və şəxsi çıxarışlar əsasında olmur. Yalnız həqiqət, ədalət və ilahi göstərişlərə təslim olmaq Allah yolu sayılır.
Şəhid olan kəsin həlak olduğunu, yaxud ziyana uğradığını düşünmək sapqın bir təfəkkürdür və islah olunmalıdır.
Allah yolunda olmayan bir ölümün heç bir dəyəri yoxdur.
Şəhidlər şəxsən Rəbb tərəfindən diqqət göstərilən zümrələrdəndirlər.
Hazırladı: Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий