среда, 19 октября 2016 г.

Səbir və güzəşt

“Və əlbəttə, kim səbir etsə və bağışlasa, həqiqətən, bu, möhkəm işlərdəndir”, (“Şura” surəsi, 43-cü ayə)
Bildirişlər
1. Camaatının hüququnu tapdalamaq (hətta müsəman olmasa belə, hər bir halda) rəva və yaraşan bir şey deyil. Bu məsələ araşdırılmalı və buna görə hesab vermək lazımdır.
2. Zülmü ifşa etmək lazımdır ki, fitnənin, pozğunçuluğun çalarları ortaya çıxsın və cəmiyyətə vurduğu zərbə əyan olsun.
3. Camaatın dünyadakı vəzifəsi zülmü ifşa etmək, yardım istəmək olsa da, Allah da zalımların haqq-hesabını edəcəkdir.
4. Zülm etmiş adam üçün keçmək sadə iş deyil. Bunun üçün möhkəm iradə və qərar lazımdır.
5. Özünü saxlamaq və (intiqam almaq əvəzində) keçmək Quranın tapşırıq mövzusudur.

6. Güzəşt əhli olanlar səbirli olarlar. “Səbir” kəlməsi “Məğfirət” kəlməsindən öncə gəlmişdir.

Hazırladı: Fərid Abdullah.
“Nur təfsiri”ndən istifadə olunmuşdur

Комментариев нет:

Отправить комментарий