Sual: Bir dəfə mən
Əhli-Sünnə vəl-Camaat nümayəndəsilə söhbət edirdim. Şeyx Qunduzinin “Yənabiul-Məvəddət”
kitabından, həmçinin “Kənzül-Ummal”dan Əhli-Beyt məktəbinin ardıcıllarının haqq
olduğunu təsdiqləmək üçün dəlil gətirdim. O isə deyirdi: Bu kitablar Əhli-Sünnəyə
görə məqbul sayılmır. Lütfən, mənə “Yənabiul-Məvəddət”, “Kənzül-Ummal” və sair
yazarların kitabları haqqında məlumat verərdiniz.
Cavab: Şeyx Mahmud
Qundurzi Əhli-Sünnə alimlərindəndir və şafei məzhəbindəndir. O, “Yənabiul-Məvəddət”
kitabını yazmışdır. Müttəqi Hindi də Əhli-Sünnə alimlərindəndir və “Kənzül-Ummal”
kitabını yazmışdır.
Bundan əlavə, Əhli-Sünnənin digər kitabları da vardır ki, Əhli-Beytin
fəzilətləri orada qeyd olunmuşdu. Əhli-Sünnə qardaşlar ya onlara diqqət etmiş,
ya qəbul etməmişlər. Hətta öz nəzərlərində etibarlı sayılan elə rəvayətlət
vardır ki, onları öz kitablarında qeyd etməmişlər. Məsələn, Müslim və Buxari səhih
hədis üçün iki şərt qəbul ediblər. Həmin hədisə terminaloji olaraq deyilir: İki
şeyxin (Buxari və Müslim) şərtinə əsasən səhihdir”. Hakim Həskani “Şəvahidut-Tənzil”
kitabında bir çox istinadlı rəvayətlət nəql etmişdir ki, iki şeyxin şərtinə əsasən
səhihdir. Ancaq iki şeyx onları “Səhihu Müslim” və “Səhihul-Buxari” kitabında
qeyd etməyiblər. Məsələn, “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm:
Allahın Kitabını və itrətimi...” hədisi kimi.
Firuzabadinin “Fəzailul-Xəmsə” kitabını bir şiə yazsa da, onun rəvayətləri
kamil surətdə Əhli-Sünnənin mötəbər mənbələrindən əxz olunmuşdur. Seyid
Əbdülhüseyn Şərafəddinin “Əl-Müraciət” kitabı da bu cürdür. Habelə siz son
zamanlarda araşdırma aparılan və Əhli-Beyt imamlarının məktəbinə tərəfdar olan doktor
Səmavi Ticaninin kitablarına da müraciət edə bilərsiniz. Məsələn: “Necə hidayət
oldum”, “Zikr əhlindən soruşun” və s.
Комментариев нет:
Отправить комментарий