вторник, 18 октября 2016 г.

“Nəzir”in ifadə forması necədir?

Ayətullah Xamenei nəzrin əqd olunmasında niyyəti kafi hesab etmir. Onu qeyd etmək, adını çəkmək forması da vardır ki, bu da zəruridir. Baxmayaraq ki, bu formanı ərəbcə deməyə ehtiyac yoxdur.
Nəzrin deyilmə forması belədir “Lillahi ələyyə ən əf`ələ kəza” – və bunun tərcüməsini demək mümkündür. Yəni “Allah üçün filan işi etmək mənim üzərimdədir”. Yaxud “Lillahi ələyyə ən usalliyə səlatəl-leyl” – yəni Allah üçün mənim üzərimdədir (öhdəçiliyimdə və boynumdadır) ki, gecə namazı qılım.
Ayətullah Xameneinin fikrinə əsasən, “Nəzir edirəm” ifadəsi şəri meyarlar əsasında nəzir sayılması üçün keçərli deyil. Yəni əgər bir nəfər “Allah rizası üçün filan işi görəcəyəm” deyərsə, şəriətə uyğun forma əmələ gəlmir. Həmçinin onun nəzəri belədir ki, aşağıdakı qaydada deyilərsə, bu nəzirin əqd hesab olunması şübhəlidir:
“Nəzərtu lillahi ən əsum” (Allah üçün oruc tutmağı nəzir etdim)

Yaxud, “Lillahi ələyyə nəzru saumi yəumin” (Allah üçün bir gün oruc tutmaq mənim üzərimdədir).
Buna görə də, ehtiyata əsasən, nəzirə əməl olunmalıdır. Onu tərk etmək isə, ehtiyata əsasən, kəffarənin (şəriətə müvafiq cərimə) boyuna gəlməsinə səbəb olur.
Ayətullah Məkarim Şirazi qeyd edir ki, nəzir yalnız onun forması deyilən zaman səhih sayılır. Fərq etmir, istər ərəbcə deyilsin, istər başqa dillərdə. Buna görə də əgər “Mənim filan işim düzəlsə, yaxud filan hacətim reallaşsa, Allah üçün malımdan filan miqdar fəqirə vermək mənim üzərimdədir” – desə, nəzri səhihdir. Bəlkə də, əgər “Nəzir edirəm Allah üçün, əgər filan hacətim həyata keçsə, filan yaxşı işi görəcəyəm” – desə belə, kifayət edir.
Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən, “nəzir” kəlməsi özü-özlüyündə “lillah” (Allah üçün)qeydini özündə ehtiva edir. Camaat içində (yəni ürfün düşüncəsində) bir nəfər “Nəzir edirəm ki, filan işi yerinə yetirəcəyəm” – dedikdə, bu özü bir növ “qürbət qəsdini” (yəni işi Allaha görə etməsini) özündə ehtiva edir. Buna görə də ən azı “filan işi edəcəyimə görə nəzir edirəm” – desə, nəziiri səhihdir.
Ayətullah Sistani isə qeyd edir ki, nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyil. Məsələn; “Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm” – desə, nəziri səhihdir. Əgər “Allah üçün bu işi görməyi nəzir edirəm” – desə, ehtiyat vacibə əsasən ona əməl etməlidir. Amma əgər Allahın adını çəkməsə və yalnız “nəzir etdim” – desə, yaxud Allah övliyalarından birinin adını çəksə, nəzir səhih deyil. Əgər nəzir səhih olsa və mükəlləf (şəri öhdəçilik daşıyan kəs) öz nəzrinə qəsdən əməl etməsə, günah etmiş olur və kəffarə verməlidir. 

Комментариев нет:

Отправить комментарий