вторник, 14 июня 2016 г.

Quranla ünsiyyət (4)

Quran inkişaf və oyadış kitabıdır 
“Biz sizə içində zikriniz olan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya, 10) 
İzah və açıqlamalar 
- “Zikriniz” – ya xatırlatma vasitəsi mənasındadır, ya da “izzətinizin və adınızın mənbəsidir” mənasındadır. Şərafət və şöhrət mənasında da gəlmişdir. İmam Kazim (əleyhissəlam) bu ayənin barəsində buyurmuşdur ki, “Orada zikriniz vardır” – cümləsindən məqsəd odur ki, kitabda zikr olunmuşdur ki, Peyğəmbərdən sonra itaət imamadır. Yəni sizin izzət və şərəfiniz Peyğəmbərdən sonra imama itaət etməkdədir. 

- Kitab və qanun Allah tərəfindən olan rüşd və oyatma vasitəsidir. 
- Səmavi kitabların nazil olma səbəblərindən biri xatırlatma və insanlara kəramət bəxş etməkdir. 
- Ərəb qövmü və Hicaz ərazisi Quranın bərəkəti sayəsində əziz və adlı-sanlı oldular. 
- Əgər insan düşünüb-daşınsa, mütləq vəhy və səmavi Kitaba sarı ehtiyac əlini uzadacaqdır. 
- Camaatın fitri meyllərindən onlara yol göstərmək üçün kömək alaq. 
- Peyğəmbərləri təkzib etmək ağılsızlıqdır. Çünki Quran maarifi ağılla həmahəngdir. 
Mənbə: “Nur” təfsiri, c.5, s.428/Ənbiya surəsi, 10-cu ayə. 
Hazırladı: F.A.

Комментариев нет:

Отправить комментарий