Niyyət
Niyyətin vaxtı
1. İnsan Ramazan ayının hər axşamı sabahkı gün üçün niyyət edə bilər. Daha üstün budur ki, ayın birinci günü də həmçinin bütün ayın orucunun niyyətini etsin.
2. Ramazan ayının birinci günündən sübh azanınadək hər vaxt sabahkı günün orucunun niyyətini etməsinin maneəsi yoxdur.
Bir nəfər sübh azanından öncə oruc niyyəti etmədən yatsa:
a) Zöhrdən öncə oyansa və niyyət etsə, orucu istər vacib olsun, istər müstəhəb düzgündür.
Orucun hökmləri:
1. Əgər bir uşaq Ramazan ayı sübh azanından öncə həddi-büluğ olsa, gərək oruc tutsun. Sübh azanından sonra büluğ olsa, həmin günün orucu ona vacib deyil.
2. Bir nəfərin boynunda qəza, yaxud başqa bir vacib oruc olsa müstəhəb oruc tuta bilməz.
Orucu batil edən şeylər
Doqquz şey orucu batil edir:
1. Yemək və içmək
2. Cinsi yaxınlıq
3. İstimna (onanizm)
4. Allah, peyğəmbər və onun canişinləri (imamlar) adından yalan danışmaq
5. Qatı tozu boğaza çatdırmaq
6. Başı tamamilə suya batırmaq (Seyid Sistaniyə görə batil etmir)
7. Sübh azanınadək boynunda cənabət, heyz və ya nifas qüslu olan halda qalmaq
8. Maye şeylərlə imalə etmək
9. Qusmaq
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий