الكافي (ط - دارالحديث)، ج4 ؛ ص674 – کتاب فضل القرآن، حدیث: 3597/ 29 - عَلِيُّ بْنُ الْحَكَمِ، عَنْ هِشَامِ بْنِ سَالِمٍ: عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع)، قَالَ: «إِنَّ الْقُرْآنَ الَّذِي جَاءَ بِهِ جَبْرَئِيلُ (ع) إِلى – (علی النبیّ) - مُحَمَّدٍ (ص) سَبْعَةَ آلَافِ آيَةٍ».
Əl-Kafi, Şeyx Kuleyni (vəfat: 329 hq): ”İmam Sadiq (ə): Cəbrayılın (ə) Peyğəmbərə (s) gətirdiyi Quranın 17 000 ayəsi olub”. (4/674/29-3597).
Hədis tədqiqatçılarının fikirincə bu hədisdəki “on yeddi min” sözündəki “on” sözü bəzi ravi ya nüsxəyazanlar tərəfindən bəzi nüsxələrə səhvən artırılmışdır. Çünki “on” sözünü nəzərə almasaq yerdə qalır “yeddi min” ayə ki, bu da Qurani-Kərimin ayələrin indiki sayına çox yaxın bir rəqəmdir. Və bu, ayələrin nömrələnməsindəki ixtilaflardan sayıla bilər. Çünki tədqiqatçılar Quran ayələrinin sayında 6 min ilə 7 min arası ədədlər demişlər. (“Əl-Kafi”nin Molla Saleh Mazəndərani şərhi, 11/76; “Əl-Kafi”nin “Darul-Hədis” intişaratı çapında həmin hədisin vərəqaltı şərhi).
Təbərsi “Məcməul-Bəyan”da bu barədə deyir ki, ola bilsin bu say Qurani-Kərimin ayələrinin nömrələnməsindən qabaq təqribi sayı olub və 17 min burada “çoxluq” bildirən bir rəqəm kimi işlənib.
Əllamə Məclisi (r.ə) “Miratul-Uqul”da hədisin sənəd baxımından müvəssəq və səhih olduğunu dedikdən sonra, bu hədisin mətn və məzmunun müsəlmanların və şiə məzhəbinin əqidəsinə zidd olduğuna görə və ağıla və Qurana uyğun olmadığı üçün rədd edir. (12/524); (Əl-Vafi, Feyz Kaşani, 9/1780);
Bundan əlavə "Əl-Kafinin" 1607 əlyazma nüsxəsi vardır ki, bunun 1000 dən çoxu hicri-qəmərinin 11 və 12-ci əsrlərinə, yəni Səfəvilər dövrünə aiddir və Əl-Kafinin ən qədim nüsxələri üçün belə iddialar edilməyib. Əl-Kafi də belə bir hədisin olması da 3, 4, 5 və 6-cı əsr hədis alimləri tərəfindən və onların kitablarında iddia olunmayıb… Əgər bu hədis Əl-Kafidə indiki nəql formasında olsaydı bunu qədim Əhl-Sünnə alimləri də öz kitablarında bir irad kimi göstərərdilər...! Hətta bu hədisin özü də başqa qədim hədis kitablarında Əl-Kafiyə istinad olaraq da nəql olunmayıb!... Şeyx Kuleyni (r.ə) "Əl-Kafi"ni yazdıqdan sonra bu kitabı Bağdadda tədris edib. Bağdad alimləri ki, o zaman (4-cü hicri əsrin əvvəlləri) daha çox "əqli" məsələlər və kəlam elmi ilə məşğul olurdular, öz kitablarında bu məsələyə işarə etməyiblər...
Mirməhəmməd Bəşir
Комментариев нет:
Отправить комментарий