воскресенье, 8 мая 2016 г.

Nə üçün şiələr azdır?

Dünya statistikasına nəzər salsaq görərik ki, dünyada təqribən altı milyard yarım əhali var. Onun cəmi bir milyarda yaxını (15-18 %) müsəlman, 40 % qeyri səmavi dinlərə itaət edənlər ya dinsizlər, 42-45%-i isə kitab əhli yəni xristian yəhudilərdir. Belə məlum olur ki, dünyada müsəlman hamıdan azdır. Ancaq biz yəqin bilirik ki, haqq müsəlmanlarladır bunda heç kəsin şübhəsi ola bilməz. Elə buradan da aydın olur ki, haqqı çoxluqda axtarmaq lazım deyilNecə ki, Qurani-Kərim buyurur: “Bəndələrimdən şükür edəni azdır”. (''Səba'' surəsi, ayə-13) Bu ayədən açıq-aydın görünür ki, haqq çoxluqda deyil bütün bəndələr şükür edən deyillər. Necə ki, Quranın başqa ayələrində də buyurulur: “Sən onların əksəriyyətini şükür edən görməzsən”. (''Əraf'' surəsi, ayə-17) “Allahın övliyaları yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti (çoxu) bunu bilməz”. (''Ənfal'' surəsi, ayə-34) 

İmam Əli buyurur: “Haqq batil qoşunun sayı ilə tanınmaz. Əgər haqq ilə batili tanısan, onların əhlini tanıyacaqsan”. Quran ayələri, hədis məntiqlə düşüncədən aydın olur ki, haqq-ədaləti heç çoxluqda axtarmaq düzgün deyil.

"14 sual və 14 cavab" kitabı əsasında

Комментариев нет:

Отправить комментарий