Birinci gecə: Şərafətli gecələrdən
biridir. Həmin gecənin fəziləti, bu gecədə ibadət etməyin savabı, əhya saxlamaq
haqqında çoxlu hədislər varid olmuşdur. Həmçinin bir rəvayətdə gəlmişdir ki, bu
gecə heç də Qədr gecəsindən geri qalmır. Bu gecə üçün bir neçə müstəhəb əməl
vardır.
1. Günəş batdıqda qüsl almaq (Niyyəti:
“Allahın əmrini yerinə yetirmək üçün Şəvval ayının birinci gecəsinin qüslunu
alıram)
2. Gecəni oyaq qalmaq. Namaz
qılmaq, itiğfar diləmək (Əstəğfirullahə və ətũbu iləyh – demək), Allahdan diləmək,
məsciddə əhya saxlamaq.
3. Məğrib və İşa, həmçinin Sübh və
bayram namazından sonra demək:
“Allãhu əkbər, Allãhu əkbər, lə̃ ilə̃hə illəllãhu
vallãhu əkbər, Allãhu əkbər, Allãhu əkbər, və lillə̃hil-həmd, əl-həmdu lillãhi
alə̃ mə̃ hədə̃nə̃ və ləhuş-şukru alə̃ mə̃ əulə̃nə̃”.
Tərcüməsi: Allah ən böyükdür,
Allah ən böyükdür, Allahdan başqa heç bir tanrı yoxdur və Allah ən böyükdür.
Allah ən böyükdür, Allah ən böyükdür və həmd Allaha məxsusdur. Bizi hidayət
etdiyinə görə həmd Allaha məxsusdur, bizə etibar göstərdiyinə (yaxud dəyər
veriyinə) görə şükür Ona məxsusdur”.






