понедельник, 23 мая 2016 г.

“Nəsr” surəsi, oxunuşu və asanlaşdıran təfsiri

“Nəsr” surəsi Qurani-kərimin 110-cu surəsidir. Mədinədə nazil olmuşdur. Üç ayə, 19 kəlmə və 79 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nir-rahm
Rəhman, Rəhim Allahın adı ilə.

إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ

İzə̃ cə̃`ə nasrullãhi vəl-fəth (1)
Allahın köməyi və fəth gəldiyi zaman

وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

Və ra`əytən-nə̃sə yədxulũnə f dnillə̃hi əfvãcə̃ (2)
Və camaatı Allahın dininə dəstə-dəstə daxil olduqlarını gördükdə

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا

Fəsəbbih bihəmdi rabbikə vəstəğfirhu, innəhu kə̃nə təvvãbə̃ (3)
Həmd ilə Rəbbini təriflə və ondan bağışlanma dilə, çünki O, tövbələri qəbul edəndir.

среда, 18 мая 2016 г.

“Məsəd” surəsi, hərfi tərcüməsi və asanlaşdırılmış təfsiri

“Məsəd” surəsi Quranın 111-ci surəsidir. Məkkədə nazil olmuşdur. 5 ayə, 29 kəlmə və 81 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nir-rahἶm
Rəhman, Rəhim Allahın adı ilə!
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ
Təbbət yədə̃ Əbἶ Ləhəbin və təbb (1)
Əbu Ləhəbin əlləri qurusun və qurudu da
(Qeyd: Burada qurumaq fiziki baxımdan deyil. Təbbə feilinin mənaları: Məhv olmaq, puç olmaq, qurumaq və s. Yəni: zərər çəksin, həlak olsun və ya kəsilsin. Səyi və əməli puça düşsün, azğınlığa düçar olsun)
مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ
Mə̃ əğnə̃ ənhu mə̃luhu və mə̃ kəsəb (2)
Malı və qazandığı onun canını qurtarmadı

вторник, 17 мая 2016 г.

"Qurani-Kərimdə 17 000 ayə varmış" hədisi


الكافي (ط - دارالحديث)، ج4 ؛ ص674 – کتاب فضل القرآن، حدیث: 3597/ 29 - عَلِيُّ بْنُ الْحَكَمِ، عَنْ هِشَامِ بْنِ سَالِمٍ: عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع)، قَالَ: «إِنَّ الْقُرْآنَ الَّذِي جَاءَ بِهِ جَبْرَئِيلُ (ع) إِلى – (علی النبیّ) - مُحَمَّدٍ (ص) سَبْعَةَ آلَافِ آيَةٍ». 
Əl-Kafi, Şeyx Kuleyni (vəfat: 329 hq): ”İmam Sadiq (ə): Cəbrayılın (ə) Peyğəmbərə (s) gətirdiyi Quranın 17 000 ayəsi olub”. (4/674/29-3597).
Hədis tədqiqatçılarının fikirincə bu hədisdəki “on yeddi min” sözündəki “on” sözü bəzi ravi ya nüsxəyazanlar tərəfindən bəzi nüsxələrə səhvən artırılmışdır. Çünki “on” sözünü nəzərə almasaq yerdə qalır “yeddi min” ayə ki, bu da Qurani-Kərimin ayələrin indiki sayına çox yaxın bir rəqəmdir. Və bu, ayələrin nömrələnməsindəki ixtilaflardan sayıla bilər. Çünki tədqiqatçılar Quran ayələrinin sayında 6 min ilə 7 min arası ədədlər demişlər. (“Əl-Kafi”nin Molla Saleh Mazəndərani şərhi, 11/76; “Əl-Kafi”nin “Darul-Hədis” intişaratı çapında həmin hədisin vərəqaltı şərhi). 

Quranda camaatın yox olması və həlakətə düçar olması hansı səbəblərə görə olmuşdur?

Qurani-Kərimdə açıqlanmış ilahi sünnələrdən biri cəmiyyətlərin və millətlərin ölüm və həyat sünnəsidir (adətidir). Din təlimlərində bildirilənlərə əsasən cəmiyyətlərin də adamlar kimi həyat və ölümü vardır. Bu ölüm və həyatın Quranın nəzərinə görə müxtəlif amillərlə bağlılığı vardır. 
Qurani-Kərim millətlərin yoxa çıxmasını Nuhun qövmündən başladığını bəyan etmişdir: “Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir”. (“İsra” surəsi, 17-ci ayə) Bu qısa cavabda Quranda işarə olunan bəşəri millətlərin və sivilizasiyaların həlak olmasının ən əsas amillərindən bəzilərini qeyd edirik: 

“İxlas” surəsi, oxunuşu və asanlaşdırılmış təfsiri

“İxlas” surəsi Qurani-Kərimin 112-ci surəsidir. Məkkədə nazil olmuşdur. 4 ayə, 15 kəlmə və 47 hərfdən ibarətdir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bismillə̃hir-Rahmə̃nir-Rah
Rəhman, Rəhim Allahın adı ilə.

 قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Qul huvəllãhu əhəd (1)
De: O Allah təkdir.

اللَّهُ الصَّمَدُ
Allãhus-saməd (2)
Allah ehtiyacsızdır
(Qeyd: Saməd – Davamlı bir dayaqdır ki, işlərdə ona tərəf üz tutulur. Yəni nəzərdə tutular. Ərəblər arasında əs-Saməd qövmün şərafətlisi, yaxud itaət edilən ağa, ya da yanına gedilən bir ağadır ki, ondan başqası bir məsələdə qəzavət etməz)

воскресенье, 15 мая 2016 г.

“Fələq” surəsinin oxunuşu, kəlmə tərcüməsi və asanlaşdırılmış təfsiri

“Fələq” surəsi Qurani-Kərimin 113-cü surəsidir. Məkkədə nazil olmuşdur. Beş ayə, 23 kəlmə, 71 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nr-rahm
Rəhman, Rəhim Allahın adı ilə!

قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ

Qul ə`ũzu birabbil-fələq (1)
De: Sığınıram fələqin Rəbbinə
(Qeyd: Fələq gecənin qaranlığından ayrılan zaman olan sübhə deyilir)

مِنْ شَرِّ مَا خَلَقَ

Min şərri mə̃ xaləq (2)
Yaratdığının şərrindən;

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
Və min şərri ğãsiqin izə̃ vaqəb (3)
Daxil olduğu zaman qaranlığı zülmətləşənin şərrindən;

Aristotel, Platon, Pifaqor və Sokrat peyğəmbər olub?

Sual: Ustadımız Ayətullah Cavadi Amilidən nəql etmişlər ki, Kuroş, Pifaqor, Aristotel, Platon və Sokrat peyğəmbər olmuşdur. Bu beş nəfər peyğəmbər idilərmi? Başqa bir riyaziyatçı və ya tanınmış filosof olmuşdur ki, peyğəmbər olsun?
Ümumi cavab: Qurani-Kərimdə, Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədislərdə bu şəxslərin peyğəmbər olmasına dair bir dəlil yoxdur. Ancaq bəzi mütəfəkkirlər bu şəxsiyyətlər tərəfindən irəli sürülmüş ilahi təlimlərə diqqət göstərməklə, ehtimal baxımından (qəti surətdə yox) onların peyğəmbər olmasının mümkün ola bilməsini müzakirə etmişlər.