"Rəhman, Rəhim Allahın adı ilə!" ifadəsinin Quran surələrinin bir hissəsi sayılıb-sayılmaması barədə müsəlmanlar arasında fərqli fikirlər mövcuddur. İmamiyyənin, şafeilərin, Məkkə və Kufə qarilərinin və fəqihlərinin məzhəb və nəzərinə əsasən, "Bismillahir-Rəhmanir-Rəhim" həm "Fatihə", həm də sair surələrin tərkib hissəsidir. Ancaq Mədinə, Bəsrə, Şam qarilərinin və fəqihlərinin, həmçinin Əbu Hənifə və ardıcıllarının nəzərinə əsasən, istər "Fatihə" surəsində olsun, istərsə də sair surələrdə - Quranın tərkib hissəsi deyil.
Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
пятница, 29 июля 2016 г.
суббота, 23 июля 2016 г.
"Şura" surəsi 52-ci ayə haqqında mülahizələr (İkinci hissə)
Görəsən Peyğəmbər hələ peyğəmbər olmamışdan öncə hansı dində olmuşdur? Yaxud Peyğəmbərin bundan öncə Kitab və iman bilməməsi nə deməkdir?Ayənin ardınca deyilir: "...Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün yola yönəldirsən)".
Bu, Allahın lütfü idi ki, sənin halına şamil oldu və bu səmavi vəhy sənə nazil oldu. Həmçinin sənin onun bütün möhtəvasına imanın oldu. Sənin bu əzəmətli səmavi kitaba hidayət olmağından əlavə Allahın iradəsi bu olmuşdur ki, digər bəndələr də bu səmavi parlaq nura tərəf hidayət olsunlar, bütün şərq və qərb, hətta bütün dövr və əsrlərdə olanları onun örtüyünün altında qərar versin.
Bir şübhəyə cavab: "Allahın - insan daxilində iki qəlb yaratmaması nə deməkdir?" ("Əhzab", 4)
Qurani-Kərimin
"Əhzab" surəsi 3-cü ayəsində belə oxuyuruq: "Allah kimsənin
daxilində iki qəlb yaratmamışdır..." Bu ayədə bir neçə mətləblər də vardır
ki, fikir yayınmasın və təkcə bir məsələ barəsində yazaq deyə, ayənin bu
hissəsinin üstündə müzakirə aparmq istəyirik. Yoxsa ki, bu ayədə "iki
qəlb" məsələsindən əlavə bir sıra izaholunası mətləblər vardır. O da
qalsın başqa vaxta.
Təfsir
alimlərindən bir dəstə, ayənin bu hissəsinin nazil olma səbəbi haqda qeyd
ediblər ki, cahiliyyət dönəmində Cəmil ibn Müəmmər adlı bir adam vardı. Onun
olduqca güclü hafizəsi vardı. O belə bir iddia edirdi ki, onun daxilində iki
qəlb vardır və o, onlardan hər biri ilə Məhəmməd peyğəmbərdən daha üstün dərk
edib anlaya bilir. Həm də müşriklər onu "Zül-Qəlbeyn", yəni iki qəlb
sahibi adlandırırdılar.
Bədr döyüşü
zamanı müşriklər qaçarkən Cəmil ibn Müəmmər də onların arasında idi. Əbu Süfyan
onu elə bir halda gördü ki, ayaqqabısının bir tayı ayağında, o biri tayı isə
əlində tutulmuş vəziyyətdə idi. Həm də fərarilik edirdi. Əbu Süfyan ona dedi
ki, nə xəbərdi? Cəmil dedi ki, qoşun qaçdı. Əbu Süfyan dedi ki, bəs nə üçün
ayaqqabının bir tayını əlində tutmusan, o birisi isə ayağındadır? Cəmil dedi:
Sözsüz ki, fərqində olmamışam. Elə bilirdim hər ikisi ayağımdadır. Məlum oldu
ki, belə bir mənasız iddialarına baxmayaraq, heç bircə qəlb ölçüsündə belə,
şüuru işləmir. Əlbəttə, burada qəlb dedikdə ağıl nəzərdə tutulur.
понедельник, 18 июля 2016 г.
Bir şübhəyə cavab: "Şura" surəsi 52-ci ayə haqqında mülahizələr (Birinci hissə)
Ayədə "ruh" dedikdə nə nəzərdə tutulur?
Peyğəmbərin daha əvvəl kitab və iman bilməməsi nə deməkdir?
Ayənin tərcümə edək: "(Səndən öncə göndərilən
peyğəmbərlərə vəhy etdiyimiz kimi) sənə də öz əmrimizdən beləcə bir ruh vəhy
etdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilmirdin (və Quranın
möhtəvasından xəbərsiz idin). Lakin Biz onu bir nur etdik ki, onun vasitəsilə
bəndələrimizdən istədiyimizi hidayət edərik (ona bu yolla doğru yolu
göstərərik) və sən, sözsüz ki, düz yola sarı hidayət edirsən (bu camaatı düzgün
yola yönəldirsən)".
Ayədə "kəzalikə" ifadəsi vardır. "Bu
cür, beləcə" deməkdir. Bu ifadə ilə vəhyin üç formasına işarə edilməsi
mümkündür. Yəni qeyd edilir ki, öncəki ayədə qeyd edilən vəhyin bu formaları
Peyğəmbərimiz üçün də gerçəkləşmişdir. Yəni o həzrətə bəzən birbaşa olaraq,
yəni vasitəsiz - birbaşa Rəbbin pak zatı ilə rabitə qurmaqla, bəzən vəhy
mələyi, bəzən isə səs dalğalarına oxşar səs eşitmək yolu ilə gerçəkləşirdi ki,
bu barədə hədislər də mövcuddur. Bu yazımızda biz vəhyin formaları, onların
necəliyi və isbatı haqqında yazmayacağıq. Bu məsələ qalsın ayrı vaxta.
пятница, 15 июля 2016 г.
Şübhəyə cavab: Qurana görə Məhəmməd peyğəmbər birinci müsəlmandırmı?
Yuxarıdakı ayədə Peyğəmbər müsəlmanların birincisi kimi qeyd olunur. Bu barədə təfsir alimləri arasında fərqli fikirlər vardır. Çünki bilirik ki, əgər "İslam" deyərkən bu kəlmənin geniş mənası nəzərdə tutulsa, bütün səmavi dinlərə şamil olacaqdır. Elə bu səbəbdən "müsəlman" kəlməsi sair peyğəmbərlərə də aid edilmişdir. Məsələn, Nuhun barəsində oxuyuruq:
"Mənə əmr olunub ki, müsəlmanlardan olum" (Yunis, 72). Habelə İbrahim Xəlil, onun övladı İsmail barədə də oxuyuruq: "Rəbbimiz, bizi sənə müsəlman olanlardan et" (Bəqərə, 128). Yusif haqqında da "Məni müsəlman olaraq öldür", - deyə gəlmişdir (Yusuf, 101) Bu ifadə başqa peyğəmbərlər üçün də gəlmişdir.
Əlbəttə, müsəlman Allah əmrinin qarşısında təslim olan kəs anlamındadır. Bu məna bütün ilahi peyğəmbərlər və onların mömin ümmətləri barədə keçərlidir. Bu durumda Peyğəmbərin ilk müsəlman olması ya onun təslim olmasının keyfiyyət və əhəmiyyətinə görədir, - çünki onun təslim dərəcəsi və islamı hamısından daha ali idi; ya da birinci kəs idi ki, Quran ayinini və islamı qəbul etmişdi.
Şübhəyə cavab: Nə üçün Allah Quranda and içmişdir? (Birinci hissə)
Belə iddia edirlər
ki, əgər Allah haqlıdırsa nə üçün and içib durur? Niyə dəfələrlə insanları
inandırmağa çalışır ki, məsələ dediyi kimidir? Allahın and içməsinə nə ehtiyac
var?
İndi isə gəlin qısa bir araşdırma aparaq və görək ki, edilən
tənqid haqlıdırmı, ya yox?!
Quranda yüzdən artıq, müxtəlif ifadələrlə and içilmişdir ki, bu
andlar qırxdan artıq surədə mövcuddur. Allahın içdiyi andın hikmət və
fəlsəfəsinə diqqət etməzdən öncə, müqəddimə olaraq, Allahın and içdiyi yerləri
nəzərdən keçirməliyik. Bu yolla da ilahi andların hikmət və fəlsəfəsindən bir
sıra işlər bizim üçün aydın olmuş olacaqdır.
четверг, 14 июля 2016 г.
Bir şübhəyə cavab. (Qurana görə Gündüz Günəşi aydın edirmi?)
Quranın dilimizə edilən bir neçə tərcüməsi vardır. Bu
tərcümələrdə bəzi ixtilafların və sair çatışmaz nöqtələrin olması müsəlmanların
üzərinə bir sıra tənqid yağdırır. Bu tənqidlərdən biri "Şəms" surəsi
3-cü ayə ilə əlaqədardır.
Ayədə deyilir: "And olsun gündüzə - onu aydınlığa
çıxartan zaman".
Məfhum tam aydın olsun deyə, kəlmə tərcüməsi etdik.
İndi mübahisə "onu" ifadəsində çıxır. Bəziləri Qurana tənqid
prizmasından yanaşaraq, həm də buna tərcüməni dəlil gətirərək "onu"
ifadəsində günəşin nəzərdə tutulduğunu iddia edib, bunu ciddi elmi xəta kimi
qələmə verirlər. Əslində, həqiqətən də, gündüz günəşin sayəsində əmələ gəlir.
Günəşi ortaya çıxaran gündüz deyil. Bəs əslində məsələ necədir?
"Cəllə" feili "təcliyətun"
məsdərindəndir. Onun mənası ortaya çıxarmaq, aşkar etməkdir. Feilin sonundakı
"hə" əvəzliyi isə qadın cinsinə aiddir. İndi bu əvəzliyin nəyə aid
olması haqqında alimlər mübahisə ediblər. Məşhur nəzər budur ki, bu "hə"
əvəzliyi, yəni "onu" deyərkən yer üzü nəzərdə tutulur. Düzdür, bundan
öncə "yer" (Ard) kəlməsi işlənməyibdir. Ancaq kəlamın özündən
aydındır ki, gündüzün olması yeri ortaya çıxarır, aşkar edir, qaranlıqdan
aydınladır.
Подписаться на:
Сообщения (Atom)





