Suala
cavab verməzdən öncə bəzi məsələlərə nəzər salmaq lazımdır. Bu məsələlər həll
olunduqdan sonra bu sualın cavabı da aydın olacaqdır:
İslamın
nəzərinə əsasən, ölüm nə deməkdir?
İslama görə ölüm insanın yoxa çıxması və aradan getməsi anlamında deyil.
Əksinə, məna budur ki, insanın yoxluğu qəbul etməyən, yəni yoxa çıxmayan ruhu
bədənilə olan əlaqə və rabitəsini kəsir. Nəticədə bədən aradan gedir, ruh isə
müəyyən zamana qədər öz yaşayışına davam edir. Sonra isə yenidən bədənə
qayıdacaqdır.
Quranda buyurulur: “Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra
yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar
edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da
Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə, 10, 11)
Peyğəmbərdən bu məzmunda hədis rəvayət olunmuşdur ki, mömin fərdlərin dünyadan
çıxışı körpənin ana bətnindən çıxışı kimidir. Belə ki, qaranlıq, sıxıntı də
darlıqlardan aydın və böyük fəzaya daxil olur. (Nəhcül-Fəsahə, h.2645)
İmam Əli buyurub ki, ey camaat, biz və siz qalmaq (qalıcı olmaq) üçün
yaradılmışıq, aradan getmək üçün deyil. Siz ölüm sayəsində dünyadan
getmirsiniz, əksinə, bir evdən başqa bir evə nəql olunursunuz; Buna görə də
istiqamətinə hərəkət etməniz və əbədi qalmanız labüd olan evə azuqə toplayın.
(Şeyx Müfid, “İrşad”)
İmam Həsəndən soruşdular ki, ölüm nədir? Cavab verdi ki, ölüm möminə yetişən ən
üstün sevincdir. (Mühəccətül-Bəyza)
İmam Hüseyn buyurub ki, ölüm sizi dünyanın dərd-sərlərindən Allahın rifah və
lütfünə çatdıran bir körpüdür. Necə ki, Allah düşmənləri üçün saraydan zindana
köç etməkdir. (Mühəccətül-Bəyza)
Deməli, belə nəticə hasil olur ki, ölməklə və cəsədin çürüməsilə ruha bir
zərər-ziyan dəymir. Əksinə, ruhumuz həmişə qalıcıdır. Onun özünə məxsus azadlıq
və əsaləti vardır. Çünki bizim şəxsiyyətimiz bizim ruhumuzdadır. Bədən və
cismimizdə deyil. Ölüm də yoxluq və puçluq deyil. Əksinə, bir aləmdən başqa bir
aləmə keçiddir. İnsanın həyatı bir növ davam etməkdədir.
İndi keçək suala. Ölüyə Quran oxumaq olarmı?
İnsan öldükdən sonra ətrafdakıların və möminlərin üzərinə bir neçə əməl vacib
olur. Məsələn, qüsul vermək, kəfənləmək, namaz qılmaq, dəfn etmək və sair
əməllər vardır ki, bunlar insan öldükdən sonra önun üçün tezliklə yerinə
yetirilməlidir. Amma bəzi işlər də vardır ki, ölülər üçün onları görmək
müstəhəbdir (yəni bəyənilən işdir).
Ölülər üçün Quran oxumağın müstəhəb olmasını iki dəlili açıqlamaqla sübut etmək
olar:
a) Bəzi rəvayətlər mövcuddur ki, orada ümumi şəkildə ölüləri yada salmağa dair
tövsiyələr mövcuddur. Həmin rəvayətlərdə həm də qeyd olunur ki, dünyasını
dəyişənlər bizim xeyir işlərdən faydalanırlar. Aydındır ki, Quran qiraəti də
yaxşı və bəyənilən işlərdən biridir.
Məsələn Peyğəmbərdən məzmunu bu cür olan rəvayət nəql olunmuşdur ki, qəbirlərdə
olan ölülərinizi yaddan çıxarmayın. Ölülərinizin ehsanınıza (yəni yaxşı və
xeyirli işinizə) ehtiyacı vardır. Onlar məhbusdurlar (əlləri heç nəyə çatmır).
Sizin yaxşı işlərinizə rəğbətləri var. Özlərinin isə bir iş görməyə qüdrətləri
çatmır. Siz onlara sədəqə və dua (vasitəsilə) hədiyyə verin. (Ənvarul-Hidayət)
İmam Sadiq buyurub ki, ölən kəs ona olunan rəhmət və bağışlama səbəbilə
sevinir. Necə ki, diri insan ona verilən bir hədiyyəyə görə xoşhal olur. (Mühəccətül-Bəyza)
İkinci qrup rəvayətlər isə ölülər üçün Quran qiraətinin nəticələrini açıqlyır.
Məsələn, İmam Rza buyurub ki, kim bir möminin qəbrini ziyarət etsə və onun
kənarında yeddi dəfə “Qədr” surəsini oxusa, Allah onu qəbir sahibi ilə birlikdə
bağışlayar. (Biharul-Ənvar)
Комментариев нет:
Отправить комментарий