пятница, 26 августа 2016 г.

İmam Hüseynin şəhadət xəbəri Peyğəmbəri üzübmü?

Belə bir rəvayətimiz var, məzmunu belədir ki, İmam Hüseynin şəhadət xəbəri Peyğəmbər, Əmirəlmöminin və Fatimə Zəhraya çatdıqda onlar narahat oldular, bunu qəbul etmədilər. Sonra Cəbrail onlara xəbər gətirdikdə qane oldular. Başqa bir tərəfdən də onlar ilahi əmrlərə müti olublar. İndi bu iki məsələni bir yerə necə cəm etmək olar?
İmam Hüseyn doğularkən onun şəhadət xəbəri Peyğəmbər, İmam Əli və Faitmə Zəhraya verilmişdi. Amma onların heç biri bu məsələyə etiraz etməyiblər, öz narahatçılıqlarını, ya xüsusi rəftar sərgiləyərək bunu qəbul etmədiklərini bildirməyiblər. Əksinə, bəzi rəvayətlərdə mövcuddur ki, onlar belə bir xəbəri eşitcək təkcə təsirlənmiş və ağlamışdılar ki, bu da normal insan hissləri ilə uyğundur və ilahi əmrə müxalifətçilyi göstərmir.
İmam Sadiq buyurmuşdur ki, Cəbrail Hüseynin şəhadət xəbərini Peyğəmbərə gətirdi. Peyğəmbər Əlinin əlini tutdu və günün uzun bir müddətini onunla təklikdə qaldı, ağlamaq onlara qələbə çaldı. Ancaq çox keçmədi ki, aləmlərin Rəbbinin elçisi Cəbrail onlara enərək dedi: “Rəbbiniz sizə salam deyir və buyurur ki, səbir etməyi sizə vacib və lazım bilirəm”. Sonra onların hər ikisi səbir etdi.
Əlbəttə, bir rəvayətdə gəlmişdir ki, Cəbrail Peyğəmbərdən soruşdu ki, sonralar öldürüləcək bir övlad istəyirsənmi? Peyğəmbər bir cavab verdi və onun xülasəsi bu idi ki, əgər Allah bu zəmində ixtiyarı mənim öhdəmə buraxıbsa, mən belə bir övladı istəmirəm. Daha sonra Cəbrail ona müjdə verdi ki, məsum imamlar həmin şəhid olacaq övladın nəslindən gələcəkdir. Daha sonra Peyğəmbər buyurdu ki, indi əgər Allah bu övladın təvəllüdünü mənim razılığıma şərt bilmişsə, onun şəhid olacağını bilsəm belə, yenə də razıyam. Belə bir söz o mənada deyil ki, Peyğəmbər Allahın təqdiri qarşısında müqavimət göstərmişdir. Əksinə, ilahi təqdir onun razılığına şərt edilmişdi.
Cəbrail Allah Rəsulunun yanına gəlib dedi: Ey Məhəmməd! Salam olsun sənə. Sənə özündən sonra ümmətinin qətlə yetirəcəyi övlad müjdəsi verməyimmi? Peyğəmbər buyurdu? Mənim ona ehtiyacım yoxdur. (La hacətə li fihi)
Cəbrail üruc etdi, sonra ikinci dəfə nazil oldu və həzrətin yanına gəldi. Peyğəmbər yenə də birinci dəfə dediyini təkrar etdi. O buyurdu: “Mənim ona bir ehtiyacım yoxdur”.
Cəbrail səmaya ucaldı və sonra üçüncü dəfə onun yanına endi və həmin sözü təkrarladı. Peyğəmbər yenə də dedi: “Mənim ona bir ehtiyacım yoxdur”. Cəbrail dedi: “Rəbbin övsiyaları (vəsiləri, canişinləri) onun nəslindən qərar verəcəkdir.
Peyğəmbər buyurdu: “Çox yaxşı, qəbul edirəm”.
Buna bənzər ifadə həzrət Fatimədən də nəql olunmuşdur. O zaman ki, Peyğəmbər ilahi elçinin xəbərini ona çatdırmışdı. Hər halda, bu cümlələrdə etiraz, şikayət yoxdur. Allahın təqdirinə qarşı müxalifətçilik görünmür.
Dediyimiz rəvayətləri siz İbn Quləveyhin “Kamilüz-Ziyarat” kitabında, 55-59-cu səhifələrdə tapa bilərsiniz.

Ən doğrusunu Allah bilir!

Комментариев нет:

Отправить комментарий