İmam Hüseynin Rüqəyyə adlı bacısı olmuşdurmu?
O da həzrətin digər bacıları kimi Kərbəlada iştirak etmişdirmi?
Bəzi hədis
və tarix mənbələrinin nəqlinə əsasən, İmam Əlinin Ruqəyyə adlı qızı olmuşdur və
onu öz əmisi oğlu Müslim ibn Əqillə evləndirmişdir. Ruqəyyənin bir neçə övladı
oldu: Abdullah, Əli və Məhəmməd. Abdullah Kərbəlada şəhid olmuşdur. (Fəzl ibn
Həsən Təbərsi, “Elamul-Vəra bi-Ə`lamil-Huda”, c.1, s.397; İbn Əbüddünya Əbu
Bəkr Abdullah ibn Məhəmməd, “Məqtəlul-İmam Əmiril-Muminin Əli ibn Əbi Talib,
s.122; Əhməd ibn Yəhya Bəlazəri, “Ənsaful-Əşraf”, c.2, s.70-71; Əli ibn Hüseyn
Əbülfərəc İsfəhani, “Məqatilut-Talibiyyin, s.98)
Bəziləri
deyib ki, İmam Əlinin Rüqəyyə adlı qızı uşaqlıqda vəfat etmişdir. (Əbu Bəşər
Dulabi, “Əz-Zurriyyətut-Tahirə”, s.92; Sibt ibn Cövzi, “Təzkirətul-Xəvass
minəl-Umməti fi Zikri Xəsaisil-Əimmə”, s.289)
Hər halda,
İmam Hüseynin Ruqəyyə adlı bacısı olmuşdur.
Lakin
həzrətin bacısı Ruqəyyənin İmam Hüseynlə birlikdə Kərbəlada olub-olmamasına
gəlincə, rəvayət mənbələrində onun adı açqılanmamış, təkcə ümumi şəkildə işarə
olunmuşdur ki, İmamın bacıları da o həzrətlə birlikdə Məkkəyə doğru səfər etmiş
və oradan Kərbəlaya doğru yola düşmüşlər.
İmam Zeynəlabidin
buyurmuşdur ki, Hüseyn bacılarını, qızını və qardaşı oğlu Qasim ibn Həsən ibn
Əlini məhmilə (kəcavə) süvar etmişdi. Sonra tərəfdarlarından və ailəsindən 21
nəfər ilə, o cümlədən Əbu Bəkr ibn Əli, Məhəmməd ibn Əli, Osman ibn Əli, Abbas
ibn Əli, Abdullah ibn Müslim ibn Əqil, Əli Əkbər və Əli Əsğər yola düşdü.
(Məhəmməd ibn Əli Səduq, “Əl-Əmali”, s.152)
İbn Əsəm
Kufi (vəfatı: 314 q.) “Əl-Fütuh”da deyir ki, Hüseyn özü ilə birlikdə İraqa sarı
getmək niyyətində olan tərəfdarlarını topladı və hər birinə on dinar, azuqə və
əşyaları daşımaq üçün bir dəvə verdi. Həmin vaxt Allah evini, Səfa və Mərvəni
təvaf etdi, getməyə hazırlaşdı, qızlarını və bacılarını kəcavəyə mindirdi. (İbn
Əsəm Kufi, “Əl-Fütuh”, c.5, s.69)
Amma
Ümmü-Külsüm Kərbəlada İmamla birlikdə olmuşdur. Bu haqda “Əl-Əxbarut-Tival”da
belə qeyd edilmişdir: “Hüseyn də Məkkəyə sarı yola düşdü və iki bacısı Zeynəb
və Ümmü-Küslüm, qardaşı oğlanları, qardaşları: Əbu Bəkr, Cəfər və Abbas,
qardaşı Məhəmməd ibn Hənəfiyyədən başqa Mədinədə olan bütün qohumları onunla
birlikdə idilər”. (Əbu Hənifə Əhməd ibn Davud Dinəvəri, “Əl-Əxbarut-Tival”,
s.228)
Комментариев нет:
Отправить комментарий