Görəsən həzrət İbrahimin kitabı hal-hazırda mövcuddurmu? İndiki zamanda onun mətnini əldə etmək mümkündürmü?
Cavab: İndiki zamanda həzrət İbrahimin kitabı adı altında bir şey əlimizdə yoxdur. Baxmayaraq ki, aşağıdakı mənbələrdə bu barədə izahlar verilmiş və ondan bir neçə şey qeyd olunmuşdur:
1. Qurani-Kərimdə İbrahimin səhifələri adı ilə o həzrətin kitabı haqqında zikr olunmuş, həmçinin deyilmişdir ki, “Əla” surəsinin moizələrindən bir hissəsi həzrət İbrahimin səhifəsində də mövcud olmuşdur. (“Əla”, 19)
2. Əbuzərdən nəql olunan bir rəvayətdə həzrət Peyğəmbər İbrahim peyğəmbərin səhifələri barədə buyurmuşdur ki, Allah İbrahimə 10 kitab nazil etmişdir. (Şeyx Müfid, “Əl-İxtisas”, 264) Başqa bir rəvayətdə o həzrətin kitablarının sayı 20 ədəd göstərilmişdir və əlavə edilmişdir ki, Peyğəmbər – orada nə olduğunu soruşan Əbuzərin cavabında buyurmuşdur ki, onların hamısı (hikmətamiz) məsəllər idi və həmin ibarələrdən hissələr rəvayətdə bəyan olmuşdur. (Şeyx Səduq, “Əl-Xisal”, c.2, s.524)
3. Əhdi-qədimdə Varlıq Kitabının yeddinci fəsilindən bir neçə hissəsində Allahın həzrət İbrahimlə əhdi adı altında ibarələr vardır. Həmin mətnlərdə mövcud olan təhrifləri nəzərə almaqla, bunların həzrət İbrahimin kitabları ilə bir əlaqəsi olmasının mümkün ola bilməsini söyləmək olar..
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий