İmam Sadiqin şükür namazı haqqında belə
buyurduğu nəql olunmuşdur:
محمد بن يحيى، عن أحمد بن محمد، عن محمد
بن إسماعيل، عن أبي إسماعيل السراج، عن هارون بن خارجة، عن أبي عبد الله (عليه السلام)
قال: قال في صلاة الشكر: إذا أنعم الله عليك بنعمة فصل ركعتين تقرء في الأولى بفاتحة
الكتاب وقل هو الله أحد وتقرء في الثانية بفاتحة الكتاب وقل يا أيها الكافرون وتقول
في الركعة الأولى في ركوعك وسجودك: " الحمد لله شكرا شكرا وحمدا " وتقول
في الركعة الثانية في ركوعك و سجودك: " الحمد لله الذي استجاب دعائي وأعطاني مسألتي ".
Allah sənə bir nemət bəxş etdikə iki rəkət namaz qıl; birinci rəkətdə
“Fatihə” və “İxlas” surəsini oxu. İkinci rəkətdə isə “Fatihə” və “Kafirun” surəsini
oxu. Birinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hi şukrən, şukrən
və həmdən” (Həmd Allahındır, şükür, şükür və həmd olsun); ikinci rəkətdə rüku və
səcdələrində de: “Əlhəmdu lillə̃hil-ləzἶ istəcə̃bə du`ã`ἶ və ə`tãnἶ məs`ələtἶ”
(Həmd o Allaha məxsusdur ki, mənim duamı müstəcəb etmiş və xahişimi (istəyimi)
mənə əta etmişdir).
Комментариев нет:
Отправить комментарий