вторник, 10 мая 2016 г.

Şərhu Kitabil-Əmsilə (Əmsilə Kitabının şərhi) - 1

KİTABU ŞƏRHİL-ƏMSİLƏ
Rəhman, Rəhim Allahın adı ilə
قال النبيّ (صلّى اللّه عليه و آله و سلّم): «أوّل العلم معرفة الجبّار و آخر العلم تفويض الأمر إليه».
Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Elmin əvvəli Cəbbarın mərifəti (yəni Allahı tanımaq), elmin axırı isə işi ona həvalə etməkdir”.

Bir neçə istilahın (terminoloji ifadənin) tərifi
Bil ki, hər bir avaza ərəb “sovt” (səs) deyir; ağızdan bir şey çıxdıqda və ağızın məxrəcində (çıxacaq yerində) qərar tutduqda, ona “ləfz” deyirlər. Ləfz iki hissəyə bölünür: mühməl (işlək olmayan)müstə`məl (istifadə olunan, yararlı). Mühməl odur ki, onun bir mənası yoxdur. Məsələn: Dyez (Zeydin çevrilmiş forması). Müstə`məl isə odur ki, onun bir mənası vardır. Məsələn: Zeyd, vurmaq və s.  Müstə`məl ləfzə “kəlmə” deyirlər. Kəlmə üç hissəyə bölünür: İsim, feilhərf. İsim iki hissəyə bölünür: Məsdərməsdər olmayan. Məsdər odur ki, azərbaycan dilinə görə, onun sonu maq/mək-lə bitsin. Məsələn: القتل  öldürmək, الضّرب  vurmaq.

            Bil ki, məsdər kəlamın əsasıdır və ondan doqquz kateqoriya ayrılır: Mazi (keçmiş zaman), müstəqbəl (indiki-gələcək zaman), ismi-fail (mübtəda), ismi-məf`ul (tamamlıq), əmr, nəhy, cəhd, nəfy və istifham.
            Məsdərə lüğətdə “Dəvə və qoyunların qayıdacaq yeri” deyirlər. İstilahda (terminoloji baxımdan) isə belədir: المصدر ما يصدر عنه الفعل أو شبهه  “Məsdər o şeydir ki, ondan feil (məsələn, vurdu, vurur və s.) və ya ona bənzər bir şey (məsələn, vuran, vurulan və s.) sadir olsun”.
Lüğətdə bir şeyin kökünə “əsl” deyirlər. İstilahda isə belədir: الأصل ما يبنى عليه شي‏ء غيره “Əsl o şeydir ki, onun üzərində özündən başqa bir şey qurulur”. Məsələn, divarın özülünün üzərində divar bina edilir.
            Lüğətdə “kəlam” söz deməkdir. İstalahda isə belədir: الكلام ما أفاد المستمع فائدة تامّة يصحّ السكوت عليها “Kəlam dinləyənə tam bir fayda verən bir şeydir ki, onun qarşısında sükut səhih olsun (yəni eşidəni qane etmiş olsun)”. Məsələn: زيد قائم Zeyd qalxıbdır.
            Lüğətdə “mazi” keçmişə deyərlər. İstilahda isə belədir: الماضى ما مضى وقته و لزم أجله “Mazi vaxtı keçmiş və əcəli çatmış (qaçılmaz olan) bir şeydir”. Məsələn: ضرب (Bir kişi) vurdu.
            Gələcəyə lüğətdə “müstəqbəl” deyirlər. İstilahda isə belədir: المستقبل ما ينتظر وقوعه و لم يقع “Müstəqbəl baş verməsi gözlənilən və (hələ) vaqe olmayan bir şeydir”. Məsələn: يضرب (Bir kişi) vurur.
            Lüğətdə “ismi-fail” edən (yəni bir işi icra edən) kəsə deyilir. İstilahda isə belədir: الفاعل ما صدر عنه الفعل “Fail feilin sadir olduğu bir şeydir (və ya kəsdir)”. Məsələn: ضارب – vuran (bir kişi).
            Lüğətdə “ismi-məf`ul” edilmişə (yəni üzərində iş icra olunan bir şeyə və ya kəsə) deyilir. İstilahda isə belədir: المفعول ما وقع عليه الفعل “Məf`ul üzərində iş görülən bir şeydir”. Məsələn: مضروب – vurulan.
            Lüğətdə “əmr” buyurmağa deyilir. İstilahda isə belədir: الأمر طلب الفعل ممّن هو دونه على سبيل الاستعلاء “Əmr ucalıq yolunda (baxımından) özündən aşağı olan birisinə bir işi tələb etməkdir”. Məsələn: اضرب – vur!
            Lüğətdə “nəhy” saxlamağa (çəkindirməyə) deyilir. İstilahda isə belədir: النهى طلب ترك الفعل ممّن هو دونه على سبيل الاستعلاء “Nəhy ucalıq yolunda (baxımından) özündən aşağı olan birinə bir işi tərk etməyi tələb etməkdir”. Məsələn: لا يضرب (Bir nəfər kişi) vurmasın!
            Lüğətdə “cəhd” inkar etməyə deyilir. İstilahda isə belədir: الجحد هو الاخبار بعدم وقوع الفعل فى الزمان الماضى بلفظ المستقبل “Cəhd keçmiş zamanda baş verməmiş işi gələcək dili ilə (yəni indiki-gələcək zamanda) xəbər verməkdir”. Məsələn: لم يضرب(Bir nəfər kişi) vurmayıbdır.
            Lüğətdə “nəfy” uzaqlaşdırmaq, yox etməyə deyilir. İstilahda isə belədir: النفى هو الإخبار بعدم وقوع الفعل فى الزمان المستقبل بلفظ المستقبل “Nəfy müstəqbəldə (yəni indiki zamanda) baş verməyən işi müstəqbəl dili ilə (indiki zamanda) bildirməkdir”. Məsələn: لا يضرب  – (O bir kişi) vurmur.
            Lüğətdə “istifham” fəhm etməyi tələb etməyə (yəni anlamağa çalışmağa) deyilir. İstilahda isə belədir: الاستفهام هو طلب المتكلّم من المخاطب فهم الفعل “İstifham danışan kəsin müxatəbdən (xitab olunan kəsdən) işin fəhmini (məğzini, anlamını) istəməkdir”. Məsələn: هل يضرب –vururmu?

            “Cameül-müqəddimat” kitabı əsasında

            Hazırladı: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий