вторник, 10 мая 2016 г.

Kitabül-Əmsilə (Əmsilə kitabı)

Kitabül-əmsilə
Bismillahir-rəhmanir-rəhim
Bil ki, məsdər kəlamın əslidir və ondan doqquz kateqoriya ayrılır:
Mazi (keçmiş zaman), müstəqbəl (indiki-gələcək zaman), ismi-fail (mübtəda), ismi-məful (tamamlıq), əmr, nəhy (qadağa), cəhd, nəfy (inkar) və istifham (sual ədatı).
Mazidən on dörd kateqoriya ayrılır: altısı müğayəb (iştirak etməyən biri barədə danışmaq), altısı müxatəb (birbaşa xitab olunan), ikisi isə nəfsi-mütəkəllimin hekayətidir (danışan kəsin özü haqda danışması). Altı müğayəbin üçü müzəkkər (kişi cinsi), üçü isə müənnəsdir (qadın cinsi).

Üç müzəkkərə (kişi cinsinə) dair misal:
ضرب، ضربا، ضربوا
O (kişi) vurdu; o ikisi vurdu; onlar vurdular.
Üç müənnəsə (qadın cinsinə) dair misal:
ضربت ضربتا، ضربن
O (qadın) vurdu; o ikisi vurdu; onlar vurdular.
Altı müxatəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
ضربت، ضربتما، ضربتم
Sən vurdun; siz ikiniz vurdunuz; siz vurdunuz.
Üç müənnəsə dair misal:
ضربت، ضربتما، ضربتنّ
Sən vurdun; siz ikiniz vurdunuz; siz vurdunuz.
Nəfsi-mütəkəllimin danışığı isə ikidir. Misal olaraq:
ضربت، ضربنا
Mən vurdum; biz vurduq.
Müstəqbəldən (indiki-gələcək zaman) də on dörd kateqoriya ayrılır: Altısı müğayəb, altısı müxatəb, ikisi də nəfsi-mütəkəllimin hekayətidir. Altı müğayəb olanın üçü müzəkkər, üçün müənnəsdir. Üç müzəkkərə dair misal:
يضرب، يضربان، يضربون
O (kişi) vurur; o ikisi vurur; onlar vururlar.
Üç müənnəsə dair misal:
تضرب، تضربان، يضربن
O (qadın) urur; o ikisi vurur; onlar vuvurlar.
Altı müxatəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
تضرب، تضربان، تضربون
Sən vurursan; siz ikiniz vurursunuz, sizlər vurursunuz.
Üç müənnəsə dair misal:
تضربين، تضربان، تضربن
Sən vurursan; siz ikiniz vurursunuz, sizlər vurursunuz.
Nəfsi-mütəkəllimin hekayəti olan iki kateqoriya dair misal:
أضرب، نضرب
Mən vururam; biz vururuq.
İsmi-faildən (mübtəda) altı kateqoriya ayrılır: Üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
ضارب، ضاربان، ضاربون،
(K.c.) Vuran; iki vuran; vuranlar.
Üç müənnəsə dair misal:
ضاربة، ضاربتان، ضاربات
(Q.c.) Vuran; iki vuran; vuranlar.

İsmi-məful (tamamlıq) da altı kateqoriyaya ayrılır: Üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
مضروب، مضروبان، مضروبون
(K.c.) Vurulan; iki vurulan; vurulanlar.
Üç müənnəsə dair misal:
مضروبة، مضروبتان، مضروبات
(Q.c.) Vurulan; iki vurulan; vurulanlar.

Əmr feilindən on dörd kateqoriya ayrılır: Altısı müğayəb, altısı müxatəb, ikisi isə nəfi-mütəkəllimin hekayətidir. Altı müğayəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Müzəkkər olana dair misal:
ليضرب، ليضربا، ليضربوا
(K.c.) Vur; onlar ikisi vursun; onlar vursunlar.
Üç müənnəsə dair misal:
لتضرب، لتضربا، ليضربن
(Q.c.) Vur; onlar ikisi vursun; onlar vursunlar.
Altı müxatəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
اضرب، اضربا، اضربوا
(K.c.) Sən vur; siz ikiniz vurun; siz vurun.
Üç müənnəsə dair misal:
اضربى، اضربا، اضربن
(Q.c.) Sən vur; siz ikiniz vurun; siz vurun.
İki nəfsi-mütəkəllimin hekayətinə dair misal:
لأضرب، لنضرب
Vurum; vuraq.
Nəhydən də on dörd kateqoriya ayrılır. Altısı müğayəb, altısı müxatəb, ikisi isə nəfsi-mütəkəllimin hekayətidir. Altı müğayəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
لا يضرب، لا يضربا، لا يضربوا
(K.c.) O vurmasın; o ikisi vurmasın; onlar vurmasınlar.
Üç müənnəsə dair misal:
لا تضرب، لا تضربا، لا يضربن
(Q.c.) O vurmasın; o ikisi vurmasın; onlar vurmasınlar.
Üç müxatəbin də üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
لا تضرب، لا تضربا، لا تضربوا
(K.c.) Vurma; siz ikiniz vurmayın; onlar vurmasınlar.
Üç müənnəsə dair misal:
لا تضربى، لا تضربا، لا تضربن
(Q.c.) Vurma; siz ikiniz vurmayın; onlar vurmasınlar.
İki nəfsi-mütəkəllimin hekayətinə dair misal:
لا أضرب، لا نضرب
Vurmayım; vurmayaq.

Cəhdən də on dörd kateqoriya ayrılır: Altısı müğayəb, altısı müxatəb, ikisi isə nəfsi-mütəkəllimin hekayətidir. Altı müğayəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal vuraq:
لم تضرب، لم تضربا، لم يضربن
(K.c.) O vurmayıb; o ikisi vurmayıb; onlar vurmayıb.
Üç müənnəsə dair misal:
لم تضرب، لم تضربا، لم يضربن
(Q.c.) O vurmayıb; o ikisi vurmayıb; onlar vurmayıb.
Altı müxatəbin də üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
لم تضرب، لم تضربا، لم تضربوا
(K.c.) Sən vurmamısan; siz ikiniz vurmamısınız; sizlər vurmamısınız.
Üç müənnəsə dair misal:
لم تضربى، لم تضربا، لم تضربن
(Q.c.) Sən vurmamısan; siz ikiniz vurmamısınız; sizlər vurmamısınız.
İki nəfsi-mütəkəllimin hekayətinə dair misal:
لم أضرب، لم نضرب
Mən vurmamışam; biz vurmamışıq.
Nəfydən də on dörd kateqoriya ayrılır: Altısı müğayəb, altısı müxatəb, ikisi isə nəfsi-mütəkəllimin hekayətidir. Altı müğayəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
لا يضرب، لا يضربان، لا يضربون
(K.c.) O vurmur; o ikisi vurmur; onlar vurmurlar.
Üç müənnəsə dair misal:
لا تضرب، لا تضربان، لا يضربن
(Q.c.) O vurmur; o ikisi vurmur; onlar vurmurlar.
Altı müxatəbin də üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
لا تضرب، لا تضربان، لا تضربون
(K.c.) Vurmursan; siz ikiniz vurmursunuz; sizlər vurmursunuz.
Üç müənnəsə dair misal:
لا تضربين، لا تضربان، لا تضربن
(Q.c.) Vurmursan; siz ikiniz vurmursunuz; sizlər vurmursunuz.
İki nəfsi-mütəkəllimin hekayətinə dair misal:
لا أضرب، لا نضرب
Mən vurmuram; biz vurmuruq.
İstifhamdan da on dörd kateqoriya ayrılır: Altısı müğayəb, altısı müxatəb və ikisi nəfsi-mütəkəllimin hekayətidir. Altı müğayəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
هل يضرب، هل يضربان، هل يضربون
(K.c.) Vururmu; o ikisi vururmu; onlar vururlarmı?
Üç müənnəsə dair misal:
هل تضرب، هل تضربان، هل يضربن
(Q.c.) Vururmu; o ikisi vururmu; onlar vururlarmı?
Altı müxatəbin üçü müzəkkər, üçü isə müənnəsdir. Üç müzəkkərə dair misal:
هل تضرب، هل تضربان، هل تضربون
(K.c.) Vurursanmı; siz ikiniz vurursunuzmu; sizlər vurursunuzmu?
Üç müənnəsə dair misal:
هل تضربين، هل تضربان، هل تضربن
(Q.c.) Vurursanmı; siz ikiniz vurursunuzmu; sizlər vurursunuzmu?
İki nəfsil-mütəkəllimin hekayətinə dair misal:
هل أضرب، هل نضرب.
Mən vururammı, biz vururuqmu?

“Cameül-müqəddimat” kitabından 
Hazırladı: Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий