“Fələq” surəsi Qurani-Kərimin 113-cü
surəsidir. Məkkədə nazil olmuşdur. Beş ayə, 23 kəlmə, 71 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nἶr-rahἶm
Rəhman, Rəhim Allahın adı ilə!
قُلْ أَعُوذُ
بِرَبِّ الْفَلَقِ
Qul ə`ũzu birabbil-fələq (1)
De: Sığınıram fələqin Rəbbinə
(Qeyd: Fələq gecənin qaranlığından
ayrılan zaman olan sübhə deyilir)
مِنْ شَرِّ
مَا خَلَقَ
Min şərri mə̃ xaləq (2)
Yaratdığının şərrindən;
وَمِن
شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
Və min şərri
ğãsiqin izə̃ vaqəb (3)
Daxil olduğu
zaman qaranlığı zülmətləşənin şərrindən;
(Qeyd: Şərru
Ğasiq – Gecənin şərri; Ğasiq: gecə, qaranlıq; habelə deyirlər ki, bu, günəşin
itdiyi və ya ayın yoxa çıxdığı vaxtdır. Ya da ayın tutulması və qaranlıqlaşmağa
işarə edilir. Vaqəbə: qaranlığının hər şeyə daxil olması, bürüməsi)
وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ
Va min şərrin-nəffə̃sə̃ti fil-uqəd (4)
Düyünlərə tüpürən
qadınların şərrindən;
وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
Va min şərri
hə̃sidin izə̃ həsədə (5)
Həsəd etdikdə
həsəd edənin şərrindən.
Asanlaşdırılmış
təfsir:
De – ey Peyğəmbər
–: Pənah aparır və sığınıram sübhün Rəbbinə –
Bütün
yaradılmışların şərri və onların verdikləri əziyyətlərdən;
Daxil olduğu
və hər şeyi bürüdüyü zaman zülmət qaranlıq olan gecənin və orada olan şərr və əziyyət
edicilərin şərrindən;
Sehr və cadu
etmək niyyətilə düyünlədiklərinə üfürən sehrbaz qadınların şərrindən;
Allahın nemət
bəxş etdiyinə görə camaata nifrət edən, bu nemətlərin onların əllərindən
çıxmasını istəyən və onlara əziyyət etməyi
arzulayan həsədcil adamın şərrindən
Qeyd: Transkripsiyada üzərindən xətt çəkilən hərflər oxunuş zamanı
uzadılmalıdır.
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий