“Məsəd” surəsi Quranın 111-ci surəsidir. Məkkədə nazil olmuşdur. 5 ayə, 29 kəlmə və 81 hərfdən ibarətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nir-rahἶm
Rəhman, Rəhim Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismillə̃hir-rahmə̃nir-rahἶm
Rəhman, Rəhim Allahın adı ilə!
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ
Təbbət yədə̃ Əbἶ Ləhəbin və təbb (1)
Əbu Ləhəbin əlləri qurusun və qurudu da
Təbbət yədə̃ Əbἶ Ləhəbin və təbb (1)
Əbu Ləhəbin əlləri qurusun və qurudu da
(Qeyd: Burada qurumaq fiziki baxımdan deyil. Təbbə feilinin mənaları: Məhv olmaq, puç olmaq, qurumaq və s. Yəni: zərər çəksin, həlak olsun və ya kəsilsin. Səyi və əməli puça düşsün, azğınlığa düçar olsun)
مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ
Mə̃ əğnə̃ ənhu mə̃luhu və mə̃ kəsəb (2)
Malı və qazandığı onun canını qurtarmadı
Mə̃ əğnə̃ ənhu mə̃luhu və mə̃ kəsəb (2)
Malı və qazandığı onun canını qurtarmadı
(Qeyd: Məşhur nəzərə əsasən Əbu Ləhəb Peyğəmbərin əmisi olmuşdur. Onun adı Əbdülüzza ibn Əbdülmütəllibdir. Ona Əbu Ləhəb alnının parıldadığına görə demişlər. Künyəsi Əbu Üteybədir)
سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ
Səyaslə̃ nə̃ran zə̃tə ləhəb (3)
Alovlu bir oda daxil olacaqdır
Səyaslə̃ nə̃ran zə̃tə ləhəb (3)
Alovlu bir oda daxil olacaqdır
وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ
Vəmrə`ətuhu həmmə̃lətəl-hətab (4)
Və onun odun daşıyan arvadı
Vəmrə`ətuhu həmmə̃lətəl-hətab (4)
Və onun odun daşıyan arvadı
(Qeyd: Peyğəmbərin yoluna tikan atdığına görə Qiyamət günü ərinin əzaba düçar olmasına yardımçılıq edəcəkdir. Hətab ismini həmçinin söz gəzdirmək kimi də ifadə etmək olar. Çünki Əbu Ləhəbin arvadı həm də Peyğəmbər əleyhinə söz gəzdirməklə məşğul idi)
فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ
Fἶ cἶdihə̃ həblun min məsəd (5)
Onun boynunda lifdən bir ip vardır.
Fἶ cἶdihə̃ həblun min məsəd (5)
Onun boynunda lifdən bir ip vardır.
Asanlaşdırılmış təfsiri:
Əbu Ləhəbin əlləri zərər çəksin, Allah Rəsuluna əziyyət verdiyinə görə bədbəxtliyə düçar olsun. Necə ki, onun yolunu azması, ziyana düşməsi baş verdi.
Malı və övladı onu xilas edə bilmədi və nazil olduğu halda Allahın üzərindəki əzabından heç nəyi geri çevirə bilməyəcəklər.
Alovlanan bir atəşə daxil olacaqdır.
O və onun tikan daşıyan və onu Peyğəmbərə əziyyət vermək üçün onun yoluna tikan düzən arvadı
Onun boynunda olduqca kobud bir lifdən hörülmüş möhkəm bir ip vardır. Onunla Cəhənnəm atəşində qaldırılar, sonra onun ən alçaq yerlərinə atılar.

Qeyd: Transkripsiya ilə ifadə edilən sözlərdə üzərindən xətt çəkilən hərflər uzadılır.
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий