пятница, 13 мая 2016 г.

“Nas” surəsinin oxunuşu, kəlmə tərcüməsi və asanlaşdırılmış təfsiri.

“Nas” surəsi Quranın 114-cü surəsidir. Məkkədə nazil olmuşdur. Altı ayə, iyirmi kəlmə və səksən hərfdən ibarətdir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bİsmillə̃hir-rahmə̃nir-rahἶm.
Rəhman, Rəhim Allahın adı ilə!


قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ
Qul ə`ũzu birabbin-nə̃s (1)
De: Sığınıram inansanların Rəbbinə;

مَلِكِ النَّاسِ
Məlikin-nə̃s (2)
İnsanların hökmdarına;

إِلَٰهِ النَّاسِ
İlə̃hin-nə̃s (3)
İnsanların məbuduna;

مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
Min şərril-vəsvə̃sil-xannə̃s (4)
Geri çəkilən vəsvəsə edənin şərrindən:

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ
Əl-ləzἶ yuvəsvisu fἶ sudũrin-nə̃s (5)
Hansı ki, insanların sinələrində vəsvəsə edir;

مِنَ الْجِنَّةِ وَالنَّاسِ
Minəl-cinnəti vən-nə̃s. (6)
Cinlərdən və insanlardan.

Asanlaşdırılmış təfsiri:
De – ey Peyğəmbər–: İnsanların Rəbbinə sığınır və ona pənah aparıram. Tək olan Allah vəsvəsə edənin şərrini rədd etməyə qadirdir. 
İnsanların hökmdarına – onların işlərində bildiyi kimi hərəkət edən və onlardan ehtiyacsız olana sığınıram; 
Özündən başqa həqiqi bir məbud olmayan – insanların Tanrısına sığınıram   qəflət anında vəsvəsə edən, habelə Allahı zikr edərkən yox olub itən Şeytanın əziyyət verməsindən. 
O Şeytan ki, insanların kökslərinə şəkk və tərəddüd səpməklə onları vəsvəsə edir. 
İstər cinlərdən olsun, istərsə də insanlardan.

Qeyd: Surənin oxunuşunda, yəni transkripsiyasında üzərində xətt çəkilmiş hərflər uzadılır.

Комментариев нет:

Отправить комментарий